Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 sentyabr» 25 sentyabr» 24 sentyabr» 23 sentyabr» 22 sentyabr» Əziz dostlar...» 20 sentyabr» 19 sentyabr» 18 sentyabr» 17 sentyabr» 16 sentyabr» 15 sentyabr» 14 sentyabr» Lozanna Multikultural Festivalında Azərbaycan milli rəqsləri ifa edilib.» 13 sentyabr» 12 sentyabr» 11 sentyabr» 10 sentyabr» 09 sentyabr» 08 sentyabr
Pilleler » Xəbərlər » Sevinc Rza: ŞEİRLƏR

Sevinc Rza: ŞEİRLƏR

ŞUŞA
Gəl başımı dizlərinə qoyum, Şuşa, 
Neçə ildir yolda qalan o kədərli gözlərindən öpüm, Şuşa.
Zəhərlənmiş nəfəslərdən azad olan bu tər - təmiz qoxuna doyum, Şuşa.
Sənin üçün canlarını düşünmədən neçə -neçə oğulların sənə doğru yol aldılar,
Anam Şuşa.
Yalnız sənə can atdılar
Səni azad görmək üçün neçə - neçə arzuların qəlblərində susdurdular.
Sənin torpağın oldu şəhidlərə son ünvan.
Sənin azadlığının rəngi idi qayalardan axan qan. 
Heç vaxt yuyulmayacaq yuz il yağsa da leysan.

HƏSRƏT QOXUSU

Bitti Qarabağın həsrət qoxusu

Daha qorxuların dəyişib ətri.
Dəyişib torpağın gülündə rəngi
Dəyişib bəm bəyaz qarında rəngi.
Daha çəmənlər də çələnk toxunur.
Burda lay - lay deyir bulbul oxumur.
Burda şəhidlərin qan izləri var.
O son baxışları son sözləri var.
Hələ anaların yoxdur xəbəri şəhid balasını dağlar ağlayır
Bulaqlar ağlayır çaylar ağlayır
İndi bu torpağın gülü çiçəyi hər biri müqəddəs bir qan rəngidir.
Hər Şəhid vətənin qan damarları hər Şəhid hər kəsin göz bəbəyidir.

ÇİLLİ TOYUQ

Ay uşaqlar, tez gəlin, 
Baxın nə tapmışam mən.
Çilli toyuq gizlədib
Balaların nənəmdın.


O çəpərin divində 
özünə yuva qurub,.
Balaları rəngbərəng.
Tez olun dostlar gəlin
Həm çoxlu həm də qəşəng.

Nənəmə xəbər verin
Bəlkə onlar acdılar
Nənəm gələnə kimi
Bizi görüb qaçdılar.

QARPIZ

Bostanda top bitibdir,
Özü də çoxlu - çoxlu.
Nə qəşəng toplardır bu,
Yaşıl rəngli, zolaqlı.


Nənə, tez ol, gəl bura,
Sən də gör bu topları.
Gəl aparaq həyətə,
Çağıraq uşaqları.

Nənəm gülərək dedi:
-Nəvəm şəhərli qızdır.
Bunlar top deyil, balam,
Baban əkən qarpızdır.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.