Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında
Yağmursuz.
Cənub-şərq küləyi əsəcək
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq.
Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti,
dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.