Azərbaycanca Russin English
İsti xəbərlər:
» İyunun 02-də» İyunun 01-də» 2023-cü il IYUN ayına olan hava proqnozu» Mayın 31-də» Mayın 29-da» Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib» Mayın 26-da» Mayın 25-də» Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh» Mayın 24-də» Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub» YADDAŞLARA KÖÇƏN İNSAN» Mayın 18-də» Yazığım gəlir» Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı» Mayın 11-də» Kitablarımın, Milli Kitabxananın saytında olan linkləri.» Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib» Mayın 04-də» Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumatı


4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

 

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.