Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də» Sentyabrın 3-də» Sentyabrın 01-də» 2023-cü il SENTYABR ayına olan hava proqnozu» Avqustun 29-da» Avqustun 15-də» Tibbi-meteoroloji xəbərdarlıq» Avqustun 08-də» Cəbrayıl Qəhrəman Ana ("Dağların təbəssümü" kitabından)» Yeni kitab Cəbrayıl Qəhrəman, “Dağların təbəssümü”.» 2023-cü il AVQUST ayına olan hava proqnozu» Avqustun 01-də» İyulun 30-da» İyulun 29-da» İyulun 27-də
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun bölmələrini atəşə tutmasına dair məlumatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun bölmələrini atəşə tutmasına dair məlumatı


Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

 Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. 3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.

 Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.

 

Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 

Allah Şəhidimizə rəhmət eləsin!


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.