Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət Abbas BU GECƏ (qəzəl)

Şöhlət Abbas BU GECƏ (qəzəl)

              

Dağı arana qatıram, aranı dağa bu gecə,

Qəlbim dolu qəm-qüssədir başdan-ayağa bu gecə.

 

Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya,

Bacım bizi tərk elədi, getdi torpağa bu gecə.

 

Bu dünyanın tərs işi var, hər gəlişin gedişi var,

Həmdəm olmur, yaxasını çəkir qırağa bu gecə.

 

Zəng eləməz, halım sormaz, qeydimə qalanım olmaz,

Bir şirin söz gəlməz, ey dil, dilə-dodağa bu gecə.

 

Bacım getdi, zarafatı, xoş sözləri qaldı yadda,

Şöhlət, məni xatirələr çəkir uzağa bu gecə.

                                          Bakı, 19 iyul 2022-ci il.

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.