Azərbaycanca Russin English
İsti xəbərlər:
» İyunun 02-də» İyunun 01-də» 2023-cü il IYUN ayına olan hava proqnozu» Mayın 31-də» Mayın 29-da» Havanada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib» Mayın 26-da» Mayın 25-də» Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh» Mayın 24-də» Azərbaycan vətəndaşları Suriyadan repatriasiya olunub» YADDAŞLARA KÖÇƏN İNSAN» Mayın 18-də» Yazığım gəlir» Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatı» Mayın 11-də» Kitablarımın, Milli Kitabxananın saytında olan linkləri.» Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib» Mayın 04-də» Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib
Pilleler » Xəbərlər » Şöhlət Abbas SON ZƏNG

Şöhlət Abbas SON ZƏNG

Dərs ilinin son zəngi

Nələr gətirir yada.

Uşaqlar deyib-gülür,

Qəlbində ağlasa da.

 

Laçının Mişni kəndi.

Doğma məktəb illəri.

Asta-asta dilləndi

Ürəyimin telləri.

 

Dərs ili başa çatır,

Uşaqlığın son günü.

Həyata addım atır,

Yığışdırıb köçünü

Onuncu-sonuncular.

Yaman kövrəlib onlar.

Var gülən, ağlayan da,

Özünü saxlayan da.

 

Kim bilir bu dünyada

Haralara düşəcək?

Kim kimlə ayrılacaq,

Kim kimlə görüşəcək?

Bakı, 17 may 2022-ci il.

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.