Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub

Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətləri Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub. Ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilən səfərin ilk günündə nümayəndə heyətləri ümummilli lider Heydər Əliyevin Ankara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

 10 may tarixində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

 11 may tarixində nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nigar Oruc,

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.