
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti,
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.