Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Kür çayının ən intensiv qolu hesab edilən Tərtərçayı çirkab sulardan qoruyaq!

Kür çayının ən intensiv qolu hesab edilən Tərtərçayı çirkab sulardan qoruyaq!

 Tərtər rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.Monitorinq nəticəsində faydalı qatı bərpa olunmayan Tərtərçay boyunca, (15 km ərazidə) uzun illərdir istismar işləri aparıldığı aşkar edilmişdir. İstismar qaydalarının pozulması çay məcrasının sahə boyu 15-40 m-ə qədər dərinləşməsi, bəzi sahələrdə isə  qrunt suları və karxanada istifadə olunan subartezian quyularından axan sulardan göllərin əmələ gəlməsinə səbəb olmuşdur. Tərtər şəhərinin çirkab suları bu göllərə axıdılır. Bu da öz növbəsində Tətrtərçayın sağ kənarında çirkab su təmizləyici qurğunun tikilməsinə zərurət yaratmışdır. Yeraltı suların qidalanma dövründən asılı olaraq çayın aşağı axın hissələrində qrunt sularının yer səthinə çıxması baş vermişdir ki, bu da ətraf ərazilərdə qrunt sularının rejiminin pozulmasına səbəb olmuşdur.Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Yer Təki Fəaliyyətinin Tənzimlənməsi şöbəsinin baş mütəxəssisi Aydın Əliyevin sözlərinə görə fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilmişdir. Belə ki, 2020-ci ilin avqust ayından etibarən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən cənab Prezidentin “Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli sərəncamına əsasən Tərtər-Bərdə rayonları ərazisində “Tərtərçay” qum-çınqıl yatağında fəaliyyət göstərən istismarçıların karxanalarına baxış keçirilmişdir. Monitorinq zamanı karxana sahiblərinin “Yerin təki haqqında” qanunun tələblərini pozduğu aşkar edilmişdir. Habelə,  ayrılmış sahələrdən kənarda hasilat işlərinin aparılması, sahələrin üçüncü şəxslərin qanunsuz istifadəsinə (subicarəyə) verilməsi, icazə verilən dərinlik həddinin pozulması və nəhayət bəzi karxanaların müvafiq icazə sənədi olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. Əksər sahələrdə mərz nişanlarının mövcud olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar Agentlik tərəfindən toplanmış materiallar əsasında Kommersiya Məhkəməsində dövlətə vurulmuş ziyanla bağlı iddia qaldırılmışdır.Məlumat üçün qeyd edək ki,  Tərtərçay Kür çayının Azərbaycan Respublikası daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çayın uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir.Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi (www.meda.gov.az) və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.
Nigar ORUC,
Dövlət Mineral Xammal Ehtiyatlarndan
İstifadə Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru.

 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.