Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Lee Eun-yong arasında görüş keçirilib. Görüşdə Vüsal Qasımlı ölkədə aparılan iqtisadi islahatlar, Azərbaycanda strateji idarəetmənin tətbiqi, icra olunan inkişaf strategiyaları və  eləcə də,  İİTKM tərəfindən iqtisadi islahatlar sahəsində aparılan monitorinq və qiymətləndirmə, tədqiqatlar və innovativ layihələr olan https://azexport.az/https://dth.az/ və  http://enterpriseazerbaijan.gov.az/ portalları və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında səfirə ətraflı məlumat verib.
Görüşdə səfir Lee Eun-yong iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib. İİTKM ilə Səfirlik arasında həyata keçirilən birgə layihələrin müvəffəqiyyətli olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib. 
V.Qasımlı Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından Zəngəzur kolidorunun açılması ilə Cənubi Qafqaz regionunun beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması və bu sahədə Koreyanın beyin mərkəzləri ilə birgə tədqiqatların aparılmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyini vurğulayıb. Eyni zamanda, Azərbaycan və Koreya arasında ticarət dövriyyəsinin artırılması, ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin ölkələrin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib. Bu istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsi üçün İİTKM və Koreyanın müvafiq beyin mərkəzləri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilib.  
Sonda qonağa İİTKM-in innovativ layihələri haqqında icmallar və Mərkəzin 5 illik yubileyinə həsr olunan jurnal tədim edilib. 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.