Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Yadigar TƏVƏKGÜL. ŞEİRLƏR

Yadigar TƏVƏKGÜL. ŞEİRLƏR

İxtisasca ibtidai sinif müəllimi olan, 22 ildir balacaların əlindən tutub oxuyub-yazmaq öyrədən Yadigar Təvəkgül Kürdəmir rayonundandır. 
10 ildir ədəbi yaradıcılıqla məşğul olur. “Aşıq Pəri”, “Mirvarid Dilbazi” və “Dədə Ələsgər” məclislərinin üzvüdür. Ailəlidir, 4 övladı var, əsgər anasıdır.
Yadigar xanımın bir neçə şeirini sevimli oxucularımıza təqdim edirik.
 
Sən bir qaranquşun köçünə köçən, 
Mən eşqin həsrətin qəlbinə bükən.
 
Sən həsrət yaradıb ürək  qanadan, 
Mən əcəl badəsin başına çəkən.
 
Günəsi, ulduzu əsir edib sən,
Buludun gözündən başıma tökən.
 
Bir ovuc sevgini ovcunda boğub,
Gözümun icində yuvasın tikən.
 
Min rəngə boyanan torpaq Adamsan!
Gözümdən yol alıb könlümə çökən...
MƏHƏBBƏT
Yağış döyər pəncərənin şüşəsin,
Yerə qoymaz hicran, kədər peşəsin. 
Alıb əllərindən eşqin nəşəsin , 
Ürəyini qırar, gedər məhəbbət. 
 
Sınar, şüşə kimi qırılar ürək,
Qalmaz əllərində bir arzu-dilək.
Başının üstündə qoparıb külək, 
Ürəyini qırar, gedər məhəbbət. 
 
Eşqin vüsalını qoyub gözündə,
Bütün xəyalının oyub gözün də,
Yandırar qəlbini həsrət közündə,
Ürəyini qırar, gedər məhəbbət. 
 
AY DAŞ ÜRƏKLİM!
O daş ürəyinə bir alov düşə,
Yandıra ruhunu, ay daş ürəklim!
Dərdinin dərmanı heç tapılmaya,
Sındıra ruhunu, ay daş ürəklim !
 
Məhəbbət başını elə çaşdıra ,
Qəlbinin ağrısın aşıb-daşdıra,
Sinəndə ürək yox, dönüb daş dura,
Sındıra ruhunu, ay daş ürəklim !
 
Gözünün yaşı da qəlbinə hopa,
İçində bir tufan, fırtına qopa,
Könlün eşq adında xəstəlik tapa,
Sındıra ruhunu, ay daş ürəklim !
 
Baharın qış ola, qarsız qalasan,
Könlün aşiq ola, yarsız qalasan,
Məhəbbət var ola, varsız qalasan,
Sındıra ruhunu, ay daş ürəklim!
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.