Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Bu cür davam etsək, gələcəkdə ciddi su çatışmazlığı ilə üz-üzə gələcəyik! Quba rayonundakı çaylarda yerləşən karxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Bu cür davam etsək, gələcəkdə ciddi su çatışmazlığı ilə üz-üzə gələcəyik! Quba rayonundakı çaylarda yerləşən karxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, keçirilən monitorinqin nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş vermişdir. Sözügedən çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hal-hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə, yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurmuşdur. Sadiq Əmiraslanov onu da vurğuladı ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı, geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov bildirib ki, məqsədimiz hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək deyil, onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada aparılması tələb olunur. Biz anlamalıyıq ki, ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir. Azər Şükürov onu da əlavə edib ki, bütün dünyada, beynəlxalq səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda su ehtiyatlarımıza qarşı bu cür yanaşma bizi böyük məsuliyyətə cəlb edir. Bu mövzuda agentlik tərəfindən istismarçılarla dəfələrlə görüşlər təşkil olunmuşdur, ətraf mühitə vurulan ziyanın miqyası müzakirə edilmişdir. Yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəklində özünü büruzə verəcəkdir. Sonda o da qeyd edildi ki, Agentlik icazə sənədi ilə ayrılmayan sahədən və dərinlikdən hasilata və ətraf mühitə dəymiş ziyana görə ödəniləcək cərimələrin məbləğlərini hesablayaraq müəyyən etdiyi ziyan məbləğləri ilə bağlı məhkəmələrdə iddialar qaldırır. Ziyanın yekun məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir.
Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirir. Bu qanuna uyğun olaraq dövlət tərəfindən müəyyən edilmiş vəzifə öhdəliklərini həyata keçirən Agentlik mütəmadi olaraq monitorinqlər təşkil edir. 

Nigar ORUC, 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru.
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.