Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət Abbas BELƏ-BELƏ...

Şöhlət Abbas BELƏ-BELƏ...

Oğurlayıb oğlanların saqqızın,
Dəcəl qızlar başlardılar qaçmağa.
Evlərinə ötürərdim o qızı,
Utanardım ürəyimi açmağa.

Belə-belə keçib getdi ömür-gün,
Bir də baxdım qara saçlar ağ olub.
Ağ ümidi qaralanan kömür gün,
Hər xatirə sinəmdə bir dağ olub.

Əvəz etdi payız yayı, yaz qışı,
İnsanlığın təbiəti dəyişdi.
Qulağımda gurladıqca alqışı,
Cəmiyyətə məhəbbətim dəyişdi.

Dostlarımın sıraları dəyişdi,
Tərif deyib, için-için güldülər.
Eşidəndə ayaqlarım sürüşüb,
Durğuzmağa köhnələri gəldilər.

Gecələrdən, küçələrdən yığıldım
Bir xatirə tonqalında yanmağa.
Ümid-ümid, güman-güman dağıldım
Keçənləri yana-yana anmağa.

Belə-belə keçib getdi cavanlıq,
Bu illərdə nələr gəldi başıma.
Deyirəm ki, zaman dönə bir anlıq,
Biqəfildən o qız çıxa qarşıma.

Bir küçədə yalqız çıxa qarşıma...
Eh, nə oldu, yenə fikrim dağılmış.
Şöhlət, tale işlərinə qarışma,
Demə, ömrün bir qəribə nağılmış.
Bakı, 5 fevral 2021-ci il.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.