Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırır...

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırır...

Cavab: İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətləri mövcuddur. Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir.
 
Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir.
 
Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.