Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Hava məlumatı

Hava məlumatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin  yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən  ölkə ərazisində hava şəraiti  yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub. 

 
Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 11.0 mm, Balakən,  Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl,  Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək  olub. 

 
Qar örtüyünün hündürlüyü aşağıdakı kimidir: 
Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm,  Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.

 
Şimal-qərb küləyinin maksimal sürəti: arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatmışdır

 
 
Prosses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.