Azərbaycanca Russin English
İsti xəbərlər:
» Mayın 19-da» Mayın 18-də» Rəfail Laçınlı -70» Şöhlət Abbas SON ZƏNG» Mayın 17-də» Mayın 16-da» Daxili işlər naziri vətəndaşları qəbul edəcək» Mayın 15-də» Mayın 14-də» Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub» Mayın 13-də» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan Baş naziri N.Paşinyanın Niderlandın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı şərhi» Mayın 12-də» Mayın 11-də» Mayın 10-da» Mayın 09-da» Mayın 08-də» Mayın 07-də» Mayın 06-da» Məni də...
Pilleler » Xəbərlər » Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.
Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.
“Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.