Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Yeni kitab Təranə Vahid. “Qarışqa təqvimi”

Yeni kitab Təranə Vahid. “Qarışqa təqvimi”

Onu uzun illərdir tanıyıram. Bir kənddənik – Laçın rayonunun Mişni kəndindən. Atası rəhmətlik Vahid Məmmədov coğrafiya müəllimimiz, həm də məktəbimizin direktoru idi. Ailədə uşaqlar hamısı əlaçı idi...Belə bir mühitdə böyüyən Təranə xanımda ədəbiyyata maraq hələ orta məktəb illərində yaranmışdı və ilk şeiri də elə o zamanlar “Laçın” qəzetində işıq üzü gördü. Sonralar bir müddət bu qəzetdə çalışan Təranə Vahid böyük ədəbiyyata nəsrlə gəldi. Həm də necə gəldi: bu bəstəboy qızın bir hekayəsini oxuyan, onun bütün yaradıcılığını oxumaq istəyir. Bu yaxınlarda Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada Təranə xanımın “Qarışqa təqvimi” kitabını aldım. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitabı görəndə dedi:
– Bu qızın bircə hekayəsini oxumuşdum. Çox xoşuma gəldi, müəllifin razılığını alıb, bu kitabı çap elədik...
Təranə Vahidin kitabları Azərbaycandan başqa dəfələrlə qardaş Türkiyədə çap olunub. Onun əsərləri dünyanın neçə-neçə ölkəsində oxunur və özü neçə beynəlxalq müsabiqənin qalibi olub.
Təranə Vahid haqqında çox yazmaq olur. Ancaq bircə cümlə ilə bu qısa qeydlərimi bitirir, ona yeni-yeni uğurlar arzu edirəm:
– Təranə xanımın elə şirin, özünəməxsus, oxunaqlı qələmi var ki, oxuduqca adamın ruhuna-canına sarı yağ kimi yayılır...
Şöhlət ABBAS. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.