Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Milli parklara olan maraq ilbəil artır

Milli parklara olan maraq ilbəil artır

 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib ki, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır.  “Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır”.   A.Səmədovanın sözlərinə görə, vətəndaşlarımız və Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır. 
“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.