Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub

“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub

 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin görkəmli Pakistan şairi, filosofu, islam alimi Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası nəşr edilmişdir. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli  6 saylı iclasının qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi dördüncü nəşrdir.
Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçilər filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və Pakistanın MUSLIM İnstitutunun direktoru, Cunaqadh əyalətinin Baş naziri, professor Sahibzada Sultan Ahmed Alidir.
Son illərdə Azərbaycanda Pakistan ədəbiyyatının, xüsusilə də mütəfəkkir şair Məhəmməd İqbalın yaradıcılığının mühüm istiqamətlərini, ədəbi-fəlsəfi cəhətlərini öyrənən, bu sahədə bir çox elmi məqalələrin müəllifi olan,  müxtəlif illərdə Pakistanda keçirilən elmi konfranslarda ölkəmizi təmsil edən Bəsirə Əzizəlinin kitabı Azərbaycanda  Məhəmməd İqbala həsr olunmuş ilk monoqrafiyadır.
Monoqrafiyada Pakistanın görkəmli şairi, filosofu, islam alimi və ictimai xadimi Məhəmməd İqbalın həyatı, yaradıcılıq yolu araş­dırılmış, müxtəlif əsərləri tədqiq edilərək onların ideya-bədii xüsu­siy­yətləri müəy­yənləşdirilmişdir. Kitabda Pakistanın mənəvi qurucusu kimi də­yər­ləndirilən Məhəm­məd İqbalın nəzm və nəsr əsərlərində öz əksi­ni tapmış ədəbi-fəlsəfi, milli-mənəvi, ictimai-siyasi görüşləri də­yər­ləndirilmişdir. “Məhəmməd İqbalın həyatı və yaradıcılıq yolu”, “Peyam-i-Məşriq – “Şərqdən xəbər” əsəri: Şərq və Qərb düşüncəsinin müqayisəsi”, “Cavidnamə əsəri: milli-mənəvi düşüncə, islam dünyası haqqında fikirlər, eşq fəlsəfəsi”, “Zarb-i Kelim” əsərində qadın və cəmiyyət məsələləri”, “Məhəmməd İqbal “Gülşən-i Razi-i Cədid” və M.Şəbüstərinin “Gülşəni-raz” əsəri”, “İslamda dini düşüncənin yenidən inşası” əsəri: müsəlman mədəniyyətinə yeni baxış”, “Hicaz ərməganı” əsərində müsəlman birliyi ideyası”, “Məhəmməd İqbalın yaradıcılığının Azərbaycanda tədqiqi və tərcüməsi” və “Book summary” kimi doqquz bölümdən ibarət kitabda görkəmli filosof-şairin həyat və yaradıcılığının, zəngin Şərq və Qərb motivləri ilə yoğrulmuş bədii-fəlsəfi irsinin mühüm məqamları araşdırılmışdır. Kitabın ön sözündə “M.İq­bal ötən əsr­də müsəl­man­la­rın mad­di-mə­nə­vi in­ki­şa­fı, Şərq və Qərb ara­sın­da­kı mü­na­si­bət­lə­rin sülh və to­le­rant də­yər­lər əsa­sın­da qu­rul­ma­sı­nın tə­rəf­da­rı ki­mi çı­xış edir­di. Fi­lo­sof şai­rin dün­ya­gö­rü­şün­də is­lam di­ni, tə­səv­vüf tə­li­mi, eşq fəl­sə­fə­si, ka­mil in­san və mən ko­nsep­si­ya­sı, hə­ya­tın prak­tik qav­ra­mı vəh­dət­də ifa­də edil­miş­dir. M.İq­ba­lın dü­şün­cə­lə­ri­nin mər­kə­zin­də eşq ilə ka­mil­lə­şən in­san da­ya­nır. Şa­ir in­san­lıq məqamı­nın göy­lər­dən uca ol­du­ğu­nu, in­sa­na hör­mə­tin mə­də­niy­yə­tin əsa­sın­da dayan­dı­ğı­nı dö­nə-dö­nə qeyd et­miş­dir” yazan Bəsirə Əzizəli ədə­bi-fəl­sə­fi, ic­ti­mai-si­ya­si gö­rüş­lə­ri və fəa­liy­yə­ti ilə Pakistan xalqının, eləcə də müsəlman aləmi və insanlıq tarixində mühüm rol oynayan mütəfəkkir şəxsiyyəti yüksək qiymətləndirmişdir.
 
228 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı Azərbaycan və qardaş Pakistan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfədir.
 
 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.