Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib

 
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında ilk dəfə nəşr edilib. “Arı” və “Mirat” satirik jurnallarının komplektləri Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli  6 saylı iclasının qərarı ilə çap olunub.Toplunun elmi redaktoru  AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanlar  Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd və həmin şöbənin elmi işçisi Dilbər Rzayevadır. Həmçinin “XX əsrin əvvəllərində ictimai-siyasi şərait və satirik mətbuat” adlı ön sözün müəllifi Vüqar Əhməd, “Arı” və “Mirat” satirik jurnallarının nəşri tarixi və ədəbi-ictimai mənzərə” araşdırmasının müəllifi  Dilbər Rzayevayadır. Rəyçilər filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.
“Arı” və “Mirat” jurnalları yeni əlifbada” adı ilə çap olunan toplu XX yüzilliyin əvvəllərində yayımlanmış “Arı” (1910-1911, 13 nömrə) və “Mirat” (1910, 5 nömrə) satirik jurnallarının ərəb qrafikalı əlifbadan transfoneliterasiyasıdır. “Ulu” nəşriyyatında işıq üzü görən toplu 430 səhifədir. 
Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Jurnalın komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalavr təhsili alan filoloqlar faydalana bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Gülnar Səma, 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.