Azərbaycanca Russin English
İsti xəbərlər:
» Azərbaycan Respubkikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhi» Noyabrın 27-də» Noyabrın 26-da» Daxili İşlər Nazirliyi piyada və sürücülərə müraciət etdi» Noyabrın 25-də» Noyabrın 24-də» Havanın dəyişəcəyi haqqında məlumat» “Azərenerji” rəhbəri ilə Xorvatiya səfirinin görüşü olub» İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib» Noyabrın 23-də» Noyabrın 22-də» Noyabrın 21-də» Noyabrın 20-də» Professor İsmayıl Məmmədlinin tədqiqatlarında etnoqrafik leksika» “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur» Noyabrın 19-da» Noyabrın 18-də» Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Noyabrın 17-də» Noyabrın 16-da
Pilleler » Xəbərlər » Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin quruluşçu rejissoru Azərbaycan Televiziyasının Telefilm Yaradıcılıq Birliyinin aparıcı rejissoru  Elnurə Kazımovadır. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra möhtəşəm Zəfərə həsr olunmuş  videoçarx nümayiş etdirilib.Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirib ki, “bu gün Azərbaycan xalqı möhtəşəm Zəfər Gününü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr tarixini Azərbaycan Respublikasında Zəfər Günü olaraq təsis etmişdir. Xalqımızın qalibiyyət rəmzi  olan Şuşa şəhərinin noyabrın 8-də 28 ildən sonra əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Noyabrın 10-da döyüş əməliyyatları dayandırıldı və atəşkəslə əlaqədar üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat eyni zamanda Azərbaycanın şanlı qələbəsinin elan olunması demək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev döyüş meydanındakı qətiyyətini, gücünü, qüdrətini danışıqlar masasında da davam etdirdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Ağdam, Laçın əraziləri Ali Baş Komandanımızın sayəsində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Güclü Xalq-Ordu birliyi və Ali Baş Komandanın məharətli sərkərdəliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Tarixi Zəfərimizdə qardaş Türkiyənin və Pakistanın mənəvi-siyasi dəstəyi də xüsusi qeyd olunmalıdır. Bu Zəfər günündə torpaqlarımızın azad olunması üçün hər birimizin Qəhrəman şəhidlərimizə əbədi bir borcumuzun olduğunu xüsusi vurğulayıram. Müharibə dövrü Ali Baş Komandan döyüş cəbhəsi ilə yanaşı, informasiya cəbhəsinə də komandanlığı öz üzərinə götürmüşdü. O, müxtəlif dillərdə erməni yalanlarını və Azərbaycan həqiqətlərini təkzibolunmaz dəlillərlə dünyaya çatdırırdı. Qürurverici haldır ki, Tovuzumuzun yüzlərlə oğulları da Azərbaycanın haqq savaşında igidlik göstərərək Orden və medallarla təltif olundular. Bunlardan iki nəfəri Cabbarov Orxan Rövşən oğlu və Əhmədov Yaşar Mirağa oğlu ən yüksək fəxri ada – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər. Əsrlərdən sonra qazandığımız tarixi Zəfərimiz tariximizə qızıl hərflərlə yazılacaq. Azərbaycan cəmiyyəti, Azərbaycan Xalqı üçün yeni həyat, yeni tarix başlayır. Qarabağa “Böyük Qayıdış” və bölgənin gələcəyi üçün inamlı addımlar atılır. Zəfərimiz dalınca Zəfərlər gəlir”.Sonra Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Cabbarov Orxan Rövşən oğlunun anası Yeganə Rüstəmova, şəhid Hüseynov Cavid Natiq oğlunun atası Natiq Hüseynov, şəhid Şirinov Elmar Cəbrayıl oğlunun anası Amana Nəsirova, şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun anası Sədaqət Əliyeva, Şəhid Əhmədov Elmar Elşən oğlunun anası Xoşqədəm Əhmədova, şəhid Hüseynov Cavid Hümbət oğlunun anası Sərəngül Hüseynova, Şəhid Anar Hüseynovun yadigarı Nurlan Hüseynov çıxış edibər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildiriblər.Daha sonra icra başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş Vətən müharibəsi Şəhidlərinin medallarını onların ailə üzvlərinə təqdim edib.Tədbir həm Bakıdan gələn, həm də Tovuzun incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib. Həmçinin Tovuz rayon İcra Hakimiyyəti Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib. Konsertdən əvvəl rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzlulara və rayona gələn qonaqlara Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Sonra Respublika və rayon incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunmuş şerlər, mahnılar səsləndirilmişdir.Meydana toplaşan minlərlə rayon sakini qazilərin, Vətən müharibəsi iştirakçılarının çıxışlarını və rəqslərini böyük hərarət və alqışlarla qarşılayıb. Tədbir atəşfəşanlıqla başa çatıb.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.