Azərbaycanca Russin English
İsti xəbərlər:
» Oktyabrın 20-nə hava proqnozu» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz ilə görüşünə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye arasında keçirilmiş görüşə dair məlumatı» “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı» Oktyabrın 19-una hava proqnozu» Oktyabrın 18-nə hava proqnozu» Oktyabrın 17-də hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Oktyabrın 16-da gözlənilən hava şəraiti» Oktyabrın 15-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş üçtərəfli görüşə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 14-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Prezidenti tərəfindən qəbul olunması ilə bağlı məlumatı» Oktyabrın 13-də gözlənilən hava şəraiti» Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır» Oktyabrın 12-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pilleler » Xəbərlər » Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı beynəlxalq konfrans keçiriləcəkdir

Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı beynəlxalq konfrans keçiriləcəkdir

 
İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində “SUKUK - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda vebinar keçiriləcəkdir. 26 oktyabr 2021-ci ildə baş tutacaq konfransda dövlət, özəl və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə islam maliyyə sisteminin qlobal miqyasda inkişafından və bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında tutduğu mövqedən bəhs ediləcəkdir. 
Vebinar iki hissədən ibarət olaraq hər sessiyanın sonunda sual və cavab üçün şərait yaradılacaqdır. Açılış nitqini İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı, ICD-nin baş icraçı direktoru Ayman Sejini və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov edəcəkdir. İlk sessiyanın mövzusu uyğun olaraq “Azərbaycanda alternativ maliyyələşmə mexanizmi SUKUK” olacaqdır. İkinci sessiya isə “Azərbaycanda  infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün alternativ maliyyə mexanizmi olan islami maliyyə sistemi” mövzusu ətrafında panel müzakirəsinə həsr ediləcək.  
  Qeyd edək ki, son dövrlərdə baş verən qlobal pandemiyanın və iqtisadi geriləmənin təsirlərinə baxmayaraq islam maliyyə sistemi inkişaf etməkdədir. Davamlı inkişafda olan alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə belə tətbiq edilir. UBS, HSBC, City Bank, Lyolds TSD və digər dünyaca məşhur banklar islam pəncərəsi ilə bu xidməti öz müştərilərinə təklif edirlər. İslam maliyyə sistemi real aktivlərə əsaslanan kommersiya və maliyyə əməliyyatlarının vacibliyindən bəhs edir. Bu səbəbdən ötrüdür ki, aktiv əsaslı əməliyyatlar qiymətli kağızlar üzərində öz əksini tapır. SUKUK isə bunlardan biri olaraq islami istiqrazdır. Ümumilikdə, islam maliyyə sektorunun cəmi qlobal maliyyə aktivləri 2.88 trilyon ABŞ dolları ətrafındadır və bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir. 
  Vebinar alternativ maliyyə mexanizmi olan SUKUK-un Azərbaycanda təşviq edilməsinə xidmət edəcəkdir. Həmçinin, SUKUK-un alternativ maliyyə mexanizmi kimi Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrində tətbiq oluna bilmə məsələləri müzakirə ediləcəkdir.
  26 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə 14:00-da keçiriləcək vebinarda iştirak üçün bu link vasitəsi ilə qeydiyyatdan keçmək mümkündür:
 
https://idbgbf-org.zoom.us/webinar/register/WN_0gcPTmu3RyeAJ3JcjMbw-g

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.