Azərbaycanca Russin English
İsti xəbərlər:
» Oktyabrın 20-nə hava proqnozu» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz ilə görüşünə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye arasında keçirilmiş görüşə dair məlumatı» “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı» Oktyabrın 19-una hava proqnozu» Oktyabrın 18-nə hava proqnozu» Oktyabrın 17-də hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Oktyabrın 16-da gözlənilən hava şəraiti» Oktyabrın 15-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş üçtərəfli görüşə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 14-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Prezidenti tərəfindən qəbul olunması ilə bağlı məlumatı» Oktyabrın 13-də gözlənilən hava şəraiti» Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır» Oktyabrın 12-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pilleler » Xəbərlər » KOBİA və MÜSİAD-ın birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

KOBİA və MÜSİAD-ın birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) bu ilin 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək. Hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcəkdir. Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur.  Forum post-COVİD dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaqdır.MÜSİAD nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair də fikir mübadiləsi aparılıb. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.