Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Video təlim platforması sahibkarların istifadəsinə verildi

Video təlim platforması sahibkarların istifadəsinə verildi

 
Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların fəaliyyəti üçün zəruri olan biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün daha bir dəstək mexanizmi istifadəyə verildi.
Sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən video təlim platfoması yaradılıb. Platformada biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri və s. üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib. 
KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az  saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər. 
Video təlim platforması sahibkarların və biznesə başlamaq istəyən şəxslərin vaxtına və xərclərinə qənaət etməyə, istənilən yerdə peşəkar təlimçilərin təlimlərindən yararlanmağa imkan verəcəkdir. 
Sahibkarların ehtiyacları nəzərə alınmaqla platforma mütəmadi olaraq yenilənəcək, platformaya yeni təlim videoları yerləşdiriləcəkdir. 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.