Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Mərziyyə Nəcəfovanın Qarabağ savaşından bəhs edən kitabı işıq üzü görüb

Mərziyyə Nəcəfovanın Qarabağ savaşından bəhs edən kitabı işıq üzü görüb

 
        Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllifin bu kitabının “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.
        Monoqrafiya Ədəbiyyat İnstitutun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 272 səhifədir. Kitabın birinci fəsli “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, ikinci fəsli “Poeziyamızın Vətən müharibəsi - Qarabağ”, üçüncü fəsli “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlanır.
 
 
Gülnar Səma,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.
 
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.