Azərbaycanca Russin English
İsti xəbərlər:
» Oktyabrın 20-nə hava proqnozu» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz ilə görüşünə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye arasında keçirilmiş görüşə dair məlumatı» “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı» Oktyabrın 19-una hava proqnozu» Oktyabrın 18-nə hava proqnozu» Oktyabrın 17-də hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Oktyabrın 16-da gözlənilən hava şəraiti» Oktyabrın 15-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş üçtərəfli görüşə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 14-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Prezidenti tərəfindən qəbul olunması ilə bağlı məlumatı» Oktyabrın 13-də gözlənilən hava şəraiti» Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır» Oktyabrın 12-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pilleler » Xəbərlər » Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Nazir, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis edilməsinin 100 illik yubileyi münasibətilə onun şəxsi heyətini, məzunlarını, veteranlarını təbrik edib.  
Akademiyanın keçdiyi şərəfli yola nəzər salan V.Eyvazov bildirib ki, 1921-ci ildə milis nəfəri və komandir kadrları hazırlayan məktəb statusunda yaradılmış bu tədris müəssisəsi Akademiya səviyyəsinə qədər yüksəlib, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində  bu təhsil müəssisəsinin  maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris korpusları və texnoloji avadanlıq, yeməkxana və yataqxanalar, idman kompleksi, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyini vurğulayıb. 
Beynəlxalq əlaqələrinin ildən-ilə genişlənərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyini, tədris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğunu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyini, kursantlara vətənpərvərlik hissi, zabit qüruru, saf mənəviyyat aşılandığını, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığını bildirib.
Azərbaycan polisinin peşəkar, milli ruhda tərbiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslinin ərsəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzunlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzunlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
Çıxışında professor-müəllim heyətinin qarşısında duran vəzifələrə xüsusi yer verən nazir bildirib ki, onlardan başlıcası Azərbaycanın ali təhsil müəssisələrinin sırasında layiqli yeri olan Akademiyanı, buradakı tədris və təlim prosesini qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirmək, polisdə xidmətin bütün şərtlərinə cavab verən ixtisaslı kadr hazırlığı fəaliyyətini hərtərəfli dəstəkləmək, kursant və dinləyicilərdə analitik düşüncə tərzi, müasir texnologiyalarla işləmək, ekstremal şəraitdə düzgün qərar çıxarmaq və tədbirlər görmək vərdişi formalaşdırmaq, möhkəm intizamın təməli sayılan hərbi,  fiziki və sıra hazırlığını yüksəltmək, hər bir fənnin tədrisi prosesində qanunla müəyyən edilmiş funksiyaların icrasını vətəndaş məmnunluğu prinsipi üzərində qurmağı öyrətmək, zəruri biliklərə və iş metodlarına yiyələndirmək, yeni təsis olunmuş magistratura və doktorantura pillələrində Akademiya, bütövlükdə daxili işlər orqanları üçün elmi potensiallı mütəxəssislər yetişdirməkdir.
Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək planlaşdırılan və görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələrin icrası barədə məruzə edib. 
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əvvəlki illərdə             Akademiyaya rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək onlara Akademiyanın            100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib. 
Təntənəli mərasim Akademiyaya yeni qəbul olunmuş kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.
23 sentyabr 2021-ci il 
DİN mətbuat xidməti.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.