Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

“Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

 16 Sentyabr tarixində Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Nəqliyyat Daşımaları və Təhlükəsizlik Departamentinin Avtomobil Daşımaları İdarəsinin rəhbəri Katerina Onişenko rəhbərlik edib.  İclasda Azərbaycan Respublikası ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, eyni zamanda "İcazə blank"larının hər iki ölkənin yükdaşıyıcılarının təlabatını nəzərə alaraq bölgüsünün təmin edilməsi müzakirə edilib.
 
Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.
 
 
 Nuridə Allahyarova, 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.