Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb

Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb

 
İtaliyanın siyasi-ictimai çevrələrində populyar olan “Intervento nella Società” jurnalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc olunub. Müsahibəsində diplomat ölkəmizin beynəlxalq münasibətlərdə rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin səyləri və Azərbaycanın multikuturalizm modeli ilə bağlı sualları cavablandırıb.Diplomat bildirib ki,  qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib və o vaxtdan etibarən şərqlə qərb arasında təbii bir körpü roluna malik geo-strateji mövqeyi sayəsində də beynəlxalq səviyyədə getdikcə daha da əhəmiyyətli bir rol oynayıb. Ölkəmizin yaxşı qonşuluq siyasəti yürütdüyünü vurğulayan M.Əhmədzadə Azərbaycanın Aİ üzvü ölkələri də daxil olmaqla şərq və qərbin aparıcı ölkələri ilə yaxın münasibətlərə malik olduğunu, habelə Aİ Şurasının Prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Aİ ölkələri arasında İtaliya ilə əlaqələrin xüsusi önəm daşıdığını və münasibətlərin siyasətdən tutmuş iqtisadiyyata, mədəniyyətə və elm-təhsilə qədər hər bir sahəni əhatə etdiyini bildirən diplomat İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, ölkəmizin İtaliya üçün əsas xam neft tədarükçülərindən və bütün Qafqazda "Made in Italy" məhsulları üçün əsas ixrac məntəqəsi olduğunu qeyd edib. M.Əhmədzadə, həmçinin İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən TAP layihəsindən də bəhs edib. 
Azərbaycan və İtaliya arasında mövcud mükəmməl əlaqələrdən söz açan diplomat 2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana, 2020-ci ildə isə Prezident İlham Əliyevin İtaliyaya həyata keçirilmiş dövlət səfərlərinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsinə töhfə verdiyini, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı “Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də daxil olmaqla çoxsaylı sənədlərin imzalandığını və iki ölkə arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
Ölkələrimizin Covid-19 pandemiyasının ən ağır zamanlarında bir-birinə qarşılıqlı həmrəylik nümayiş etdirdiklərini, habelə Vətən müharibəsi dövründə İtaliyanın beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini xatırladan M.Əhmədzadə üçtərəfli bəyanatın imzalanmasından sonra 2020-ci ilin dekabr ayının əvvəllərində işğaldan azad edilmiş ərazilərimizə Avropa ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan olduğunu diqqətə çatdırıb.
M.Əhmədzadə  30 il ərzində Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını hərbi işğal altında saxladığını, ötən ilin sentyabr-noyabr ayları ərzində baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin başa çatdığını bildirib, sülh və birgəyaşayışın əhəmiyyətini vurğulayıb. Əlavə edib ki,  təhlükəsiz gələcək qurmaq üçün sülhü təşviq etmək önəmlidir. Azərbaycanın buna inandığını deyən diplomat beynəlxalq ictimaiyyətin Ermənistanın da bu yolu seçməyə sövq etməsinin vacibliyini bildirib.
Diplomat azad olunmuş ərazilərdə işğal vaxtı Ermənistan tərəfindən minaların yerləşdirilməsinin bölgədə sülhün bərqərar olmasına əsas maneə olduğunu və indiyə qədər 3000-ə yaxın azərbaycanlının mina partlayışlarının qurbanı olduğunu qeyd edib. 
Bölgədə davamlı sülhün təmin edilməsində ölkəmizin səylərindən söz açan diplomat, bu xüsusda 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının yerinə yetirilməsinin vacibliyini bildirib, bu bəyanatların bölgədə bütün kommunikasiya xəttlərinin açılmasını da nəzərdə tutduğunu, bu məsələdə Ermənistanın əməkdaşlıq edəcəyi təqdirdə bu günə qədər məhrum olduğu imkanlardan bundan sonra faydalana biləcəyini də diqqətə çatdırıb.
Sonda müsahibəsində Azərbaycanın multikulturalizm modelindən bəhs edən M.Əhmədzadə multikulturalizmin həyatımızın hər sahəsinə nüfuz etdiyini bildirib. Ölkəmizin ərazisində Qafqazın ən qədim kilsələrinin yerləşdiyini, onların dövlət tərəfindən qorunduğunu, bərpa edildiyini xatırladan diplomat Azərbaycanın   Müqəddəs Taxt -Tac ilə də yaxın əlaqələrə malik olduğu və Heydər Əliyev Fondunun dəstəyi ilə xristian irsinin çoxsaylı mühüm nümunələrinin bərpası istiqamətində aparılan iş haqqında danışıb. Diplomat, habelə Azərbaycanın yəhudi icması, xüsusilə də ölkəmizdə qədim tarixə malik olan Qubadakı dağ yəhudilərindən də bəhs edib.
 
Müsahibə ilə aşağıdakı keçiddən (səh. 26-27) tanış olmaq mümkündür: 
 
http://interventonellasocieta.altervista.org/Intervento3-2021/mobile/index.html#p=1 
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.