Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 26-da gözlənilən hava şəraiti» Sentyabrın 25-də gözlənilən hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib» BİR MƏKTƏBİN UĞURLARI» “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.» Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb» Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib» YAMAN AYRILIQ» “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub» Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib» İtaliya mətbuatında azad olunmuş ərazilərimizdə 300 gün ərzində həyata keçirilən mühüm layihələrdən bəhs edən məqalə dərc olunub» Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib» Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb» “Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır» Gözlənilən hava şəraiti haqqında məlumat» Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir» Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib» Qlobal Mühəndislik Simpoziumu
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır

Sual: ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” söyləyib. Buna münasibətinizi öyrənmək istərdik.
 
Cavab: ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.
 
10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. 
 
Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.