Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 26-da gözlənilən hava şəraiti» Sentyabrın 25-də gözlənilən hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib» BİR MƏKTƏBİN UĞURLARI» “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.» Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb» Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib» YAMAN AYRILIQ» “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub» Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib» İtaliya mətbuatında azad olunmuş ərazilərimizdə 300 gün ərzində həyata keçirilən mühüm layihələrdən bəhs edən məqalə dərc olunub» Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib» Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb» “Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır» Gözlənilən hava şəraiti haqqında məlumat» Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir» Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib» Qlobal Mühəndislik Simpoziumu
Pilleler » Xəbərlər » Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir

Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir

 “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilir.  
Müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onların potensialını üzə çıxarmaqdır. Eyni zamanda müsabiqə Azərbaycanda yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsini nəzərdə tutur. 
Müsabiqəyə təqdim olunacaq startap layihələri yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olacaq 3 iştirakçıya pul mükafatı veriləcək, eləcə də təqdim etdikləri startapların inkişafı üçün mentorluq xidməti və işgüzar əlaqələrinin qurulmasında dəstək göstəriləcəkdir.    
“İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibləri həmçinin, mikro və kiçik sahibkarlıq subyekti kimi “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə biləcəklər. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
“İdeyadan uğurlu biznesə” startap müsabiqəsində iştirak etmək istəyən şəxslər 24 sentyabr 2021-ci il tarixinə qədər müvafiq formanı (https://bit.ly/3l2uzES) doldurmaqla müsabiqədə iştirak edə bilərlər. 
 
 
Müsabiqənin seçim prosesi:
Müraciət və qeydiyyatdan keçmə tarixləri:         09.09.2021 – 24.09.2021
Yarım final mərhələsi:                                           30.09.2021
Final mərhələsi:                                                      05.10.2021
 
Namizədə dair tələblər:  
- Azərbaycan vətəndaşı olmalıdır; 
- Bakı şəhəri istisna olmaqla, Azərbaycanın regionlarında rəsmi qeydiyyatda olmalıdır; 
- Müraciət edən şəxsin yaşı 18-dən az, 29-dan çox olmamalıdır;
- Digər şərtlərlə bu linkdən tanış olun -   https://bit.ly/3jWOvJX
 
Müsabiqənin mükafat fondu:
I yer:    1 000 manat
II yer:   700 manat
III yer:  500 manat

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.