Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib

Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib


Sentyabrın 9-da Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, Gəncədən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, şəhərin təhsil, gənclər və idman idarələrinin rəhbəri, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin, Gəncə Dövlət Rəsm Qalereyasının, Gəncə Dövlət Kukla Teatrının, eləcə də şəhər misgərlərinin nümayiş etdirdikləri sərgi ilə tanış olublar.
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər Nizami Gəncəvinin zəngin yaradıcılıq irsi barədə danışıblar. Bildirilib ki, Nizami bütün ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb, dünya ədəbi-fəlsəfi düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini burada ərsəyə gətirib. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin əsərlərinə çəkilən və bu gün ən məşhur kitabxana və muzeyləri bəzəyən miniatür Şərq sənətinin inkişafına təkan verib.
Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.
Gəncə Dövlət Filarmoniyası Xalq çalğı alətlərinin ansamblının (bədii rəhbər – Əməkdar artist Elçin Elçiyev)  hazırladığı konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Konsertdə Nizaminin sözlərinə yazılmış mahnı və  romanslar, Azərbaycanı, Gəncəni vəsf eləyən mahnılar səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünü oxşayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanan nizamiganjavi.az saytının yaxın günlərdə istifadəyə veriləcəyi də bildirilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.