Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Qlobal Mühəndislik Simpoziumu

Qlobal Mühəndislik Simpoziumu


 Metallurgiya İnstitutu və NALA Konsultasiya şirkəti 3-ci dəfə Qlobal Mühəndislik Simpoziumu keçiriləcək. Simpozium Cənubi Afrika Respublikasında ilk dəfə keçiriləcəkdir. Yeri gelmişkən, ilk iki simpozium Bakıda təşkil edilmişdir.

Məlumatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdən çağırılacaq professorlar və xarici şirkətlərdən dəvət olunmuş mühəndislər 1 gün ərzində keçiriləcək tədbirdə çıxış edəcək, öz təcrübələrini tələbə və mühəndislər, iqtisadçılır və maliyyəçilərlə bölüşəcəklər. Hazırda Almaniya, Kanada, Estoniya, Polşa,  Niderland, Cənubi Afrika, və Azərbaycan, kimi ölkələrdən, spikerlər dəvət olunub.

Layihənin adı: 3rd Global Engineering Symposium
Layihənin tarixi/müddəti: 23 Sentyabr 2021-ci il
Layihənin yeri: SAIMM, Johannesburg, Cənubi Afrika
Qeyd edək ki, xarici tələbələr və mühəndislər üçün onlayn qoşulmaq imkanı da mövcuddur.


Qeyd edək ki, "Horizon Education Agency’’ və Almaniyanın “Freiberg universiteti”nin dəstəyi ilə Azərbaycanda 2019 və 2020 ci ilin mart ayında ilk dəfə “1st və 2nd Global Engineering Symposium” keçirilib.

Tədbir 5 paneldən ibarət olub və hər paneldə 3 spiker çıxış edib. (Tədbirin foto və video görüntüləri ilə www.hea-eu.com və www.ges-event.com  saytından və eyni zamanda youtube kanalında https://www.youtube.com/channel/UCphfxI78VMEICKm_bI0kYqQ tanış olmaq mümkündür).


Keçən illərdə baş tutan tədbirlərdə dünyanın 5 qitəsindən Şimali və Cənubi  Amerika, Afrika, Avropa və Asiya  ölkələrdən gələn professorlar və mühəndislərə Bakı ev sahibliyi etmişdi.

Bu tədbirlərdə təqribən 450 yə yaxın tələbə və mühəndis iştirak edib. İştirakçılar təqdimatçıların təcrübələri ilə tanış olmaqla bərabər, onlarla birbaşa əlaqə yarada biliblər. Bundan əlavə, sponsorluq qismində müxtəlif mühəndislik sahəsində olan şirkətlərin nümayəndələri ilə birbaşa görüşüb, gələcək kariyeraları barədə məlumatlar əldə edə bilblər. Tədbirdən sonra simpozium barədə yerli və xarici ölkələrin xəbər portallarında və eyni zamanda Freiberg universitetinin rəsmi saytında geniş məlumatlar verilib. (https://tu-freiberg.de/en/presse/international-engineering-symposium-in-azerbaijan )

Tədbirdə iştirak etmək üçün qeydiyyat linki:

https://events.mm3.co.za/Event/?Id=6fc03fce-fe65-4a71-a629-e4379ba9c1ff&eventId=15308#dvtop


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.