Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 26-da gözlənilən hava şəraiti» Sentyabrın 25-də gözlənilən hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib» BİR MƏKTƏBİN UĞURLARI» “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.» Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb» Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib» YAMAN AYRILIQ» “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub» Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib» İtaliya mətbuatında azad olunmuş ərazilərimizdə 300 gün ərzində həyata keçirilən mühüm layihələrdən bəhs edən məqalə dərc olunub» Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib» Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb» “Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır» Gözlənilən hava şəraiti haqqında məlumat» Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir» Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib» Qlobal Mühəndislik Simpoziumu
Pilleler » Xəbərlər » İtaliya mətbuatı: “Qarabağ, normal həyata dönməyi ləngidən minalar”

İtaliya mətbuatı: “Qarabağ, normal həyata dönməyi ləngidən minalar”

İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb.
Müharibənin rəsmi olaraq 9 noyabr tarixində son çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu deyən müəllif müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənəsi, bərpası və yenidənqurulması kimi məqsədlərin olduğunu qeyd edib.
Müəllif müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu deyir və diqqəti həyatını itirmiş çoxsaylı hərbiçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib. O bildirir ki, Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə ermənilər tərəfindən 90-cı illərdən etibarən basdırılması və onların xəritəsinin təqdim edilməməsi səbəbindən həddən artıq sayda  insan həyatını itirir. Bu xüsusda müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin ANAMA tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırır. 
“Minalara diqqət” lövhəsinin işğaldan azad edilmiş ərazilərdə tez-tez rast gəlindiyini bildirən müəllif qeyd edir ki, bu ərazilərdə istər hərbçilər, istərsə də mülki vətəndaşlar ehtiyyatlı davranmalıdırlar, çünki hər atılan addım son addım ola bilər. O bildirir ki, yenidən canlandırılan Füzuli və Şuşadan keçərkən ruhlar şəhəri Ağdamdan açıq məzarlıq Cəbrayıla qədər hər yerdə ingilis və azərbaycan dillərində xəbərdarlıq lövhələri yerləşdirilmişdir. Müəllif Qarabağın postsovet məkanında ən yüksək mina sıxlığına malik olduğunu, hətta planetdə ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayır. 
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq sayının bəlli olmadığını bildirən E.Pietrobon mövcud problemin ağırlığını faktlar və rəqəmlərlə göstərir, bu xüsusda, səfərdə olduğu Füzuli rayonunda hər 1 metr ərazidə 1 dən çox minanın basdırıldığını diqqətə çatdırır.
Sonda müəllif qeyd olunanlara rəğmən cəsur ANAMA heyəti sayəsində ərazilərin təmizlənməsi istiqamətində işlərin aparıldığını və Azərbaycan ərazilərinin getdikcə canlandırıldığını bildirir.
Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://it.insideover.com/guerra/karabakh-quelle-mine-che-rallentano-il-ritorno-alla-normalita-2.html

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.