Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Günay Quliyeva: Moody’s Ermənistanın inkişafını qonşuları ilə gərginliyi azaltmaqda görür

Günay Quliyeva: Moody’s Ermənistanın inkişafını qonşuları ilə gərginliyi azaltmaqda görür

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva  "Moody's" Beynəlxalq Reytinq Agentliyinin Ermənistanla bağlı son hesabatını şərh edərək bildirir ki, Ermənistanın kredit reytinqi Ba3 səviyyəsində saxlanılıb və proqnoz sabit qalır.
Müqayisə üçün  06 aprel 2021-ci tarixdə "Moody's" in Azərbaycanla bağlı proqnozları isə stabildən pozitivə,  emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsinə qaldırılmışdır. 
Ermənistan sürətlə yayılan Covid-19 pandemiyası və İkinci Qarabağ müharibəsindən sonra iqtisadiyyatı ciddi risklərlə üz-üzə qalıb. Hesabatda göstərilir ki, Asiya və Qafqaz bölgəsindəki suveren ölkələr arasında ən ciddi tənəzzül 2020-ci ildə ÜDM-də 7,6 faiz daralma ilə Ermənistanda baş verib. Ermənistanın büdcə kəsiri ÜDM -in 5% -dən yuxarı, hökumət borcu 2019 -cu illə müqayisədə 50.1% -dən 2020 -ci ildə ÜDM -in 63.5% -i həddə yüksəlib. 
 Digər tərəfdən iqtisadi bərpanın əsas şərti olan vaksinasiya prosesi də ölkədə çox zəif aparılır. Hesabatda ölkə üçün mənfi risklər, yeni koronavirus infeksiyası dalğalarının olması və ÜDM-də əhəmiyyətli paya malik turizm sektorunda tez bir zamanda bərpa perspektivlərinin mümkünsüzlüyü kimi göstərilir. Avqustun sonuna olan məlumata görə, Ermənistan əhalisinin yalnız 5%-i ən azı bir dəfə peyvənd alıb ki, bu da gələcəkdə infeksiyaların artmasına səbəb ola bilər.
 Bütün bunlar təbii ki, ora investisiya qoymaq istəyən rasional düşüncəli investorlar üçün də ciddi təhdiddir. Ermənistanın kredit reytinqlərinin hətta post-konflikt dövründə belə artmaması, beynəlxalq reytinq agentliklərinin də Ermənistan iqtisadiyyatının iqtisadi inkişaf prespektivlərini dumanlı gördüklərinin göstəricisidir. “Dünya investisiya hesabatı 2020”-nin məlumatına əsasən son 6 il ərzində Ermənistana cəmi 1.6 milyard ABŞ dolları həcmində BXİ yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard ABŞ dolları). Konfliktdən əvvəlki dövrdə Ermənistana yatırılmayan investisiyanın post-konflikt dövründə və kredit reytinqlərinin yaxşılaşmadığı vəziyyətdə yatırılması mümkün deyil.
Ölkəyə yatırılan investisiyaların böyük bir hissəsini beynəlxalq maliyyə qurumlarından ayrılan kreditlər olduğunu və Ermənistanın   ümumi dövlət borcunun ÜDM-in 63,5 faiz nisbətində olmasını nəzərə alsaq maliyyə hesabatları açıq və şəffaf olan heç bir maliyyə institutu öz vəsaitlərini riskə atmaz. Dövlət borcunun kritik həddən yuxarı olması gələcəkdə Ermənistanı defolt vəziyyətə gətirib çıxara bilər. Yaxın keçmişdə Yunanıstan bu vəziyyətinin bütün ağır nəticələri ilə üz-üzə qalması səbəbindən, öz torpaqlarını belə əcnəbilərə satırdı. Bu gün Ermənistanın isə əcnəbilərə satacaq nəinki torpağı, hətta icarəyə verəcək təbii resurs mənbələri belə çox məhdud saydadır.
Bu kontekstdən beynəlxalq maliyyə qurumları və ayrı-ayrı təşkilatlar Ermənistana yardım ayırmamışdan əvvəl ölkənin mövcud durumu ilə bağlı geniş təhlil aparmalı və yalnız bundan sonra öz vəsaitlərini riskə atmalıdırlar.
Eyni hesabatda Moody's, Ermənistan hökumətinin qarşıdakı 5 il ərzində bu göstəricini 60%-ə endirmək siyasətinin əhəmiyyətini vurğulayır. Təbii ki, bununla reytinq agentliyi qısa müddətdə ümumi borcun ÜDM-ə nisbətinin əhəmiyyətli azalacağına ümid etmir.
Digər tərəfdən Moody's bu çətin vəziyyətdən Ermənistanın çıxması üçün çıxış yolu da göstərir. Beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının inkişaf prespektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür. Bir daha Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiya və delimitasiyası, regionda kommunikasiya xəttlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün  çox əhəmiyyətli Zəngəzur dəhlizinin reallaşması Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtdir.
Regionda dayanıqlı sülhün olması region ölkələri arası yenidən inteqrasiyanın nəticəsi olaraq yeni iqtisadi inkişafı sürətləndirəcək, digər tərəfdən reinteqrasiya nəticəsində əldə olunmuş iqtisadi inkişaf dayanıqlı sülhü təmin edəcəkdir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.