Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtaliyanın nüfuzlu qəzeti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərindən yazır

İtaliyanın nüfuzlu qəzeti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərindən yazır

 
İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobon-un Azərbaycana səfəri ilə bağlı silsilə yazılarının dərc olunması davam edir. Bu xüsusda, növbəti məqalə kimi “il Giornale” qəzetində müəllifin “Qarabağ: Azərbaycanın keçmişi, bu günü və gələcəyi” sərlövhəli yazısı işıq üzü görüb.
 
Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı ağıllı şəhərlər, turizm, yenidən məskunlaşma və böyük infrastrukturun qurulması istiqamətləri üzrə böyük planlarının olduğu bildirilir. Müəllif qeyd edir ki, Azərbaycanın gələcəyinin əhəmiyyətli bir hissəsi daha çox tanınan Qarabağ, eləcə də azad edilmiş yeddi rayonlardan beşinin - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayılın aid olduğu Şərqi Zəngəzur bölgələri ilə bağlı olacaqdır və burada rəsmi Bakı müttəfiqlərinin və tərəfdaşlarının, ilk növbədə İtaliya, Türkiyə və İsrailin iştirakı ilə evlər, avtomobil və dəmir yolları, hava limanları, ağıllı şəhərlər, texnoparklar və elektrik stansiyaları inşa etməkdədir.
 
“İkinci Qarabağ müharibəsi alovlanmasa idi və müharibədə qalib gəlinməsə idi bunların heç biri nə mümkün, nə düşünülə, nə də aktual ola bilərdi. Çünki bütün bu layihələr 90-cı illərin əvvəllərində başlayan otuz illik erməni işğalından sonra Azərbaycanda azad edilmiş ərazilər kimi tanınan və 9 Noyabr 2020-ci il tarixində Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə - şəhərlərdə, rayonlarda və kəndlərdə həyata keçirilir”, deyə məqalədə bildirilir.
 
Müəllif qeyd edir ki, Bakı hava limanından çıxarkən Azərbaycanın bir ölkə ilə yanaşı, açıq havada nəhəng bir tikinti sahəsi olması barədə ilk təəssürat yaranır. “Çünki, həqiqətən də, qüllələrdə olan kranlar, inşaat sahəsində çalışan işçilər və asfaltlama və tikinti işləri hər yerdə - həqiqətən də hər yerdə, Bakının mərkəzindən Bakının ətrafına, Bakıdan Gəncəyə, Şuşadan keçərkən və digər azad edilmiş ərazilərdə görülə bilər. Bu tikinti sahələri ölkəni uzunundan eninə, dağlardan dəniz sahillərinə qədər nəhəng bir görkəmlə əhatə edirlər. Müharibədən sonrakı vəziyyət Ermənistandan fərqli olaraq Azərbaycanda fiziki və mənəvi milli dirçəlişin sinonimi kimi oxunur, şərh olunur və yaşanır”, deyə müəllif qeyd edir. 
 
Yazıda bildirilir ki, kiçik və böyük inşaat sahələrinin bütün ölkə ərazisinə yayılmasına baxmayaraq, onlar Qarabağda və Şərqi Zəngəzurda xüsusilə çox miqdarda mövcuddur  və şübhəsiz ki, ölçüsü və aktuallığı baxımından Füzulidə beynəlxalq hava limanının, Zəfər yolu kimi tanınan Əhmədbəyli-Füzuli-Şuşa magistral yolunun, Qafqazın Xirosiması Ağdamdan keçən Naxçıvanla Azərbaycanı birləşdirəcək yüz kilometrlərlə dəmir yolunun inşası diqqətəlayiqdir.
 
“Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması mövcud sərmayə, nou-hau və tələb olunan vaxt baxımından bir çağırışdır. Azərbaycan hakimiyyətinin İtaliya-Türkiyə-İsrail üçlüyünə üstünlük verərək xaricdən investisiya yatırmağa çağırışı bu xüsusda əhəmiyyət kəsb edir. İşlər ciddi şəkildə başa çatdırılmalıdır. Çünki, bu layihələr həqiqətən də, Cənubi Qafqazın hegemon gücü olan Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir”, deyə məqalədə qeyd olunur.
 
Müəllif qeyd edir ki, gələcək sadəcə Bakı ilə Gəncə arasında deyil, daha çox Füzuli ilə Şuşa arasında yazılacaq və bu gələcək Qarabağın tam şəkildə inkişafı və Ermənistanla müvafiq normallaşma vasitəsilə Qafqaz regionunun geniş inkişaf imkanlarının açılmasındadır.
 
Məqalədə bildirilir ki, bölgədə infrastrukturun qurulması sadəcə yeni yolların, magistral yolların, dəmir yollarının, hava əlaqələrinin, texnoparkların, elektrik və günəş və külək elektrik stansiyalarının inşası anlamına gəlmir, çünki hökumət başqa bir vasitə ilə - turizmlə öz əraziləri üzərində suverenliyini bərpa etməsinin ardınca gəlirləri maksimum dərəcədə artırmaq niyyətindədir.
 
“Turist axınını təmin etmək üçün infrastrukturun qurulması istər daxili - özünü təmin edən turizm, istərsə də xarici - beynəlxalq turizm xizək kurortları, əyləncə parkları, mehmanxanalar və digər əyləncə yerlərinin inşası deməkdir. Çünki Qarabağ və Şərqi Zəngəzur yenidən qurulduqdan sonra mərkəzdən asılı olan bölgələr deyil, ölkənin (və dünyanın) digər hissəsi ilə uyğun inkişaf etmiş, özünü təmin edən bölgələr olmalıdır. Turizm də bu məqsədə xidmət edə bilər”, deyə müəllif qeyd edir.
 
Jurnalist məqaləsində Azərbaycan hökumətinin bu əraziləri turizm baxımından necə cəlbedici etmək, eləcə də evlərin, mehmanxanaların və gələcək hava limanının işini necə təşkil etmək niyyətində olduğunu öyrənmək üçün Azərbaycan Turizm İdarəsinin icraçı direktoru Florian Senqstşmiddən müsahibə aldığını bildirir.
 
Məqalədə Senqstşmidə istinadən qeyd olunur ki, Azərbaycanda turizm nisbətən gənc bir sektordur, bu sektor ümumi daxili məhsulun 2,5%-nə birbaşa töhfə verir, dolayı gəlirlə bu rəqəm 4%-ə bərabərdir və Azərbaycan Avroviziya mahnı müsabiqəsi, İslam Oyunları, Formula 1 və Avropa futbol çempionatları kimi ən böyük tədbirlərə ev sahibliyi edən beynəlxalq bir məkandır.
 
Məqalədə beynəlxalq turistlərin daha çox Bakının ev sahibliyi etdiyi 2012-ci ildə Avroviziya mahnı müsabiqəsindən sonra ölkə ilə daha yaxından tanış olmağa başladıqları, bu gün Azərbaycanda turizm baxımından bütün imkanların - əla infrastrukturun, təlim keçmiş işçilərin, tematik paketləri olan səyahət agentliklərinin, tanınmış beynəlxalq markaların və alış-veriş üçün butik dükanların, italyanların da inkişafına töhfə verdiyi əla restoran və şərabçılıq müəssisələrinin olduğu bildirilir. 
 
Senqstşmidin fikirlərinə istinadən müəllif yazır ki, Bakının Amerika tipli göydələnlərindən başqa daha çox elementləri - uzun gözəl dəniz sahili, bulvarı, idman parkları, velosiped və skeytbord yolları, çay evləri, kafeləri, hətta içində şəlaləsi olan Deniz Mall kimi Xəzərin ən böyük əyləncə kompleksi var.
 
“Bakı, ümumilikdə Azərbaycan İtaliyada və Avropa şəhərlərində tapıla bilən çox bənzər qədim və müasirliyin birləşməsidir. Burada dar küçələr, xalça mağazaları və mistik yerlər vardır. Paytaxtın kənarında, hər şeydən bir az tapa bilərsiniz: cənub şəlalələrindən tutmuş zirvələri dörd min metrə çatan və xizək sürə biləcəyiniz, qayalara və buzlaqlara dırmaşa biləcəyiniz Qafqaz dağlarına qədər. Limondan qarla örtülü zirvələrə qədər bütün bunları bir səfərdə görmək mümkündür: çünki maşınla ölkənin cənubu ilə Böyük Qafqaz dağları arasındakı məsafə cəmi beş saatdır”, deyə Senqstşmidin fikirlərinə istinad olunur. 
 
Qeyd olunur ki, ölkənin gözəlliklərindən istifadə edərək əldə olunan gəliri maksimum dərəcədə artırmaqla yanaşı, hökumətin əsas məqsədlərindən biri Qarabağın və Şərqi Zəngəzurun brendləşdirilməsidir və Alp dağlarına çox bənzəyən Şuşa vadisindən Kəlbəcərə qədər olan yerlər vizual və mədəni zənginləşmə nöqteyi-nəzərdən unikal təcrübələr təqdim edə bilər.
 
“Yuxarıda göstərilən səbəblərə görə, hökumət avtomobil yolunun və Füzuli hava limanının tikintisində olduğu kimi işğaldan azad edilmiş ərazilərin modernləşdirilməsi, habelə ərazilərin təhlükəsizliyi, yəni minaların təmizlənməsi və potensial beynəlxalq investorlar üçün adekvat planların işlənməsi üzərində çalışır”, deyə bildirən müəllif Senqstşmidin fikirlərinə istinadən qeyd edir ki, ilk addım kimi həm yerli sakinlər, həm də xaricilər üçün Ağdam və Füzuli kimi yerləri ziyarət etmək, xarabalıqları və dağıntıları, həmin ərazilərin əvvəl necə, indi necə olduqlarını və yenidən tikilməkdə olan sahələri görmək üçün ümumi olan normal bir marşrutun qurulması ola bilər.
 
Müəllif Azərbaycanda çox etibarlı bir tərəfdaş sayılan İtaliyanın Azərbaycanın inkişaf etməkdə olan turizm sənayesinin ən böyük dəvətliləri arasında olduğunu bildirir və Senqstşmidin fikirlərinə istinadən İtalyanın töhfəsinin yeni mehmanxanaların qurulmasından əyləncə sektoruna qədər faydalı ola biləcəyini, texnologiyaya və infrastruktura töhfə verməklə İtalyan texnologiyasının Qafqaz dağlarında süni qar istehsalı və qar örtüyünün saxlanılması üçün istifadəsi və italyan mütəxəssislərinin Qarabağdakı mədəniyyət abidlərinin mühafizəsi və bərpasına cəlb olunması imkanlarını qeyd edir.
 
İnvestorlarla yanaşı, Azərbaycanın italyan turistlərini də dəvət etdiyini yazan müəllif Senqstşmidə istinadən italiyan turistlərinin burada müxtəlif italyan restoranları və digər tanış mənzərələri tapa biləcəyini, bəlkə də bu səbəblərdən 2018-2019-cu illər arasında İtaliyadan gələn turist axınında 10,8% artım olduğunu vurğulayır.
 
Məqalədə deyilir ki, italyanlar Azərbaycana gəldikdə təhlükəsiz və multikultural bir ölkəni, ABŞ və İsraildən kənarda ən böyük yəhudi məskunlaşmasını, Qafqaz Albaniyasının qalıqlarını, kilsələri, məscidləri, Zərdüşt məbədlərini, fərqli mədəniyyətlərə və inanclara aid yerləri, Yanar dağı, Atəşgahı kimi unikal yerləri görəcəklər və mədəniyyətlərin və dinlərin bu sintezi Azərbaycana səfər etməyə təşviq edən əsas səbəblərdəndir.
 
Məqalə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:
 
https://www.ilgiornale.it/news/mondo/karabakh-passato-presente-e-futuro-dellazerbaigian-1970880.html

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.