Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » "Sağlamlığa Xidmət” İB vərəmin aşkarlanmasına dəstək məqsədilə ictimai iaşə müəssisələrində səyyar müayinələr həyata keçirir...

"Sağlamlığa Xidmət” İB vərəmin aşkarlanmasına dəstək məqsədilə ictimai iaşə müəssisələrində səyyar müayinələr həyata keçirir...

 
“Sağlamlığa Xidmət İctimai Birliyi” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlamışdır. Müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyyə olunur.
 
Növbəti günlərdə digər ictimai iaşə obyektlərində də kütləvi rentgen müayinələri təşkil ediləcəkdir. Bu müayinələr süni intellekt vasitəsi ilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində  böyük rol oynayır.
 
Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə Qobupark yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirmişdi.
Pərvanə VƏLİYEVA

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.