Azərbaycanca Russin English
İsti xəbərlər:
» Sentyabrın 26-da gözlənilən hava şəraiti» Sentyabrın 25-də gözlənilən hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib» BİR MƏKTƏBİN UĞURLARI» “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.» Azərbaycanın səfiri İtaliya jurnalına müsahibəsində ölkəmizin həqiqətlərindən danışıb» Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib» YAMAN AYRILIQ» “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub» Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib» İtaliya mətbuatında azad olunmuş ərazilərimizdə 300 gün ərzində həyata keçirilən mühüm layihələrdən bəhs edən məqalə dərc olunub» Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib» Aqrar sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb» “Rebuild Karabakh” sərgisi Qarabağ Dirçəliş Fonduna dəstək verəcək» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır» Gözlənilən hava şəraiti haqqında məlumat» Startaplar arasında “İdeyadan uğurlu biznesə” müsabiqəsinə start verilir» Nizami Gəncəvinin 880 illiyi doğma şəhərdə təntənə ilə qeyd edilib» Qlobal Mühəndislik Simpoziumu
Pilleler » Xəbərlər » “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır. Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi. Sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni   layihənin icrasına başlanılıb. Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunur. Burada müxtəlif diametrli borularla 5,7 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 500-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.
Tikinti-quraşdırma işlərinin cari ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı, Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar və Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
 
18 avqust 2021-ci il.
 
   

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.