Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » “İqtisadi artım” kitabı nəşr edilib

“İqtisadi artım” kitabı nəşr edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “İqtisadi artım” adlı kitabı işıq üzü görüb. Kitaba Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərslik statusu verilib. “İqtisadi artım” kitabı Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank”ın maliyyə dəstəyilə nəşr edilib. Kitabın əhəmiyyəti ondadır ki, həm dərslik olaraq ali məktəblərdə iqtisadi artım və iqtisadi inkişaf fənlərinin tədrisində və tədqiqatlarda yararlı olacaq, həm də iqtisadi siyasətin formalaşmasında iştirak edən şəxslər tərəfindən istifadə ediləcək. “İqtisadi artım” kitabı nəzəri-konseptual və praktik məsələləri əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyyələri təqdim edir. 
Kitabda qeyd edilir ki, iqtisadi artım üçün sərmayənin rolu bəlli bir nöqtəyə qədərdir. Uzunmüddətli dönəmdə iqtisadi artımın drayveri investisiya, əmək resursları və təbii ehtiyatlar deyil, məhsuldarlıqdır, yalnız bu halda eyni həcmdə istehsal amili ilə daha çox iqtisadi artımı təmin etmək olar. Əgər iqtisadiyyat səmərəli fəaliyyət göstərsə, sərmayəni də, ixtisaslı əməyi də cəlb edəcək. Bunun üçün ölkədə sabitlik, institutların keyfiyyəti, insan kapitalı, infrastruktur, əlverişli biznes mühiti, bazarlara çıxış, qlobal dəyər zəncirlərində iştirak, inkişafı tətikləyən mədəni kodlar, mədəni-etnik müxtəliflik, identiklik, narrativlər, davranış iqtisadiyyatı və sosial kapital kimi amillər nəzərə alınmalıdır. Hər bir ölkə sadalanan amillərdən yalnız özünəməxsus "buket" hazırlamaqla iqtisadi artımı təmin edə bilər.  
“İqtisadi artım” kitabının xarici və yerli beyin mərkəzləri və universitetlərdə, habelə beynəlxalq qurumlar və biznes dairələrində təqdimatlarına start verilib.   
Kitabın qısa məzmunu ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3C8iyWd

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.