Azərbaycanca Russin English
İsti xəbərlər:
» Oktyabrın 20-nə hava proqnozu» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz ilə görüşünə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonye arasında keçirilmiş görüşə dair məlumatı» “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı» Oktyabrın 19-una hava proqnozu» Oktyabrın 18-nə hava proqnozu» Oktyabrın 17-də hava şəraiti» Gözlənilən hava şəraiti haqqında xəbərdarlıq» Oktyabrın 16-da gözlənilən hava şəraiti» Oktyabrın 15-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin, nazir Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş üçtərəfli görüşə dair məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 14-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Serbiya Prezidenti tərəfindən qəbul olunması ilə bağlı məlumatı» Oktyabrın 13-də gözlənilən hava şəraiti» Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır» Oktyabrın 12-də gözlənilən hava şəraiti» Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı» Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, AR XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatiya həftəsinin bağlanış mərasiminə dair məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin, AR XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatiya həftəsinin bağlanış mərasiminə dair məlumatı


29 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

Layihənin bağlanış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilat və hərəkatların nümayəndələrinin iştirakı ilə keçirilən diplomatiya həftəsinin bağlanış mərasimində layihədə iştirak edən könüllülərin fəaliyyətini əks etdirən "Azərbaycan könüllülərinin bir günü" videosu təqdim edilib.

Tədbirdə, həmçinin diplomatiya həftəsi çərçivəsində həyata keçirilən görüş və fəaliyyətlər barədə yekun hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin yüksək əhəmiyyətindən bəhs edərək, Diplomatiya həftəsinin hər bir azərbaycanlı üçün rəmzi məna daşıyan Zəfərimizə həsr olunmasının vacibliyi haqqında danışdı. Həftə ərzində müxtəlif sahələr üzrə keçirilmiş görüşlərin əhəmiyyətini qeyd etdi və sözügedən görüşlərdə iştirak edən yüksək səviyyəli nümayəndələrə təşəkkür etdi. Nazir Ceyhun Bayramov eyni zamanda, könüllülük hərəkatı çərçivəsində Azərbaycan gənclərinin dövlətimizə, cəmiyyətimizə verdiyi töhfədən geniş danışaraq, könüllülüyün təkcə bir hərəkat deyil, həmçinin, Azərbaycan xalqı üçün bir ənənə və həyat tərzi mahiyyəti kəsb etdiyini bildirib. Nazir diplomatiya həftəsinin Azərbaycanda fəaliyyət göstərən 15 könüllü təşkilatının könüllülərini əhatə etməsini yüksək qiymətləndirərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Daha sonra, iştirakçılara sertifikatların təqdim olunması mərasimi keçirildi və diplomatiya həftəsinin 40-a yaxın iştirakçısı sertifikatla təltif olundu.

Diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar, tədbirə ev sahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev, bütün iştirakçıları təbrik etdi və gənclərə öz dəyərli tövsiyələrini verdi. Rektor, hər bir Azərbaycan vətəndaşı üçün tariximizin bu qürurverici səhifəsinin vacibliyi və əhəmiyyətindən ətraflı danışdı. Hafiz Paşayev, həmçinin təhsil aldığı sahədən asılı olmayaraq hər bir Azərbaycan gəncinin tariximizi yaxşı öyrənməli və bilməli olduğununun vacibliyini vurğuladı. Rektor, diplomatiya həftəsinin yekunlaşması ilə əlaqədar olaraq iştirakçıları təbrik etdi və gələcəkdə seçdikləri sahənin peşəkarı olmalarını tövsiyə etdi.






Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.