Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib

Aprelin 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və Baş Mühafizə İdarəsininpolis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 212 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan 36 nəfəri zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçısıdır. 
Gənclər qarşısında çıxış edən general-polkovnik V.Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarınırealizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.                                                                   

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.