Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ombudsman Aparatının əməkdaşı Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib

Ombudsman Aparatının əməkdaşı Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib

15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, QHT-lərin və sahibkarlıq subyektlərinin iştirakı ilə “İstehlakçı və sahibkar münasibətlərində qarışılıqlı etimad” mövzusunda videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi siyasətin prioritet istiqamətlərdən olduğunu, istehlak bazarında mütəmadi olaraq monitorinqlərin aparıldığını, bu hüquqların etibarlı şəkildə təmin olunması və qanunvericilikdən irəli gələn vəzifələrin icrası üzrə aidiyyəti dövlət qurumları və ictimai təşkilatlarla birgə işlərin görüldüyünü diqqətə çatdırıb, istehlakçıların maarifləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. 
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov son illər aparılmış islahatlar nəticəsində qəbul edilmiş dövlət proqramlarında istehlakçıların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi, məhsulların keyfiyyətinə səmərəli nəzarət mexanizmlərinin yaradılması, istehlakçılarının informasiyaya çıxış imkanlarının genişləndirilməsi, mallar və istehsalçılar barədə məlumatları əks etdirən internet portalının yaradılması və digər mühüm müddəaların nəzərdə tutulduğunu, bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. 
İstehlakçıların informasiyaya çatım hüququnun təmin edilməsinin əhəmiyyətini vurğulayan R.Novruzov Müvəkkilin dövlət, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icra edilməsinə nəzarət funksiyası və bu sahədəki fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Ombudsman istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini şikayətlərin araşdırılması, elmi-analitik və marifləndirmə işinin təşkili vasitəsi ilə həyata keçirir. Qeyd olunub ki, bu istiqamətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verilir. 
Bu əməkdaşlığın bariz nümunəsi kimi Müvəkkilin təşəbbüsü ilə yaradılmış Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun fəaliyyəti barədə də məlumat verilib. İstehlakçıların hüquqlarının müdafiəsinin İşçi Qrupun fəaliyyət istiqamətlərindən biri olduğu, Müvəkkil tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər paketinin Milli Məclisin müvafiq komitəsinə təqdim edildiyi diqqətə çatdırılıb.
R.Novruzov COVID-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar mobil tətbiqlər və onlayn sistemlər üzərindən mal sifarişlərinin və göstərilən xidmətlərin sayının xeyli artdığını bildirərək, belə bir şəraitdə istehlakçıların hüquqlarının təmin olunması vəziyyətinin monitorinqinin aparılmasının və nəticəsindən asılı olaraq effektiv müdafiə mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıb. 
Tədbirdə həmçinin Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azad İstehlakçılar İctimai Birliyinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin çıxışları dinlənilib, şirkət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb. 
Mətbuat xidməti

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.