Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Şöhlət ABBAS TƏZAD DOLU BİR DÜNYA

Şöhlət ABBAS TƏZAD DOLU BİR DÜNYA

Bu həyatı yavaş-yavaş öyrənirik,
Bir az təpik, 
bir az çəpik, 
bir az daş-baş öyrənirik.

Dağın ətəyi, zirvəsi,
Buludu, çən-dumanı var.
Ürəyin coşa gəlməsi,
Ümidi var, gümanı var.

Başdan-başa təzad dolu
Bir dünyada yaşayırıq.
Bəzən nifrət etdiyimiz
Bir nəsnəni oxşayırıq.

Bolluq, işıq olan yerə
Qələbəlik, axın olur.
Bəzən qədrin bilmədiyin
Sənə səndən yaxın olur.

Gizli sevgi, gizli nifrət
Yanaşıdır ömrümüzdə.
Elə sevginin, nifrətin
Yarışıdır ömrümüz də.

Dünya -  yarış, ver əlini
Bu yarışda qoşa olaq.
Dürlü-dürlü əməllərlə
Ürəklərdə qoşa qalaq.
Bakı, 11.02.2021, 21.02.2021.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.