Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN MƏLUMATI

DÖVLƏT İMTAHAN MƏRKƏZİNİN MƏLUMATI

2017-ci il və daha sonrakı illərdə bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə bilərlər
Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.
Məlum olduğu kimi, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya etmişdir.
Bu xidmət vasitəsilə abituriyentlər 2020-ci və 2019-cu ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə etmək imkanına malik idilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən istifadəçilərin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, məlumatın sərbəst əldə edilməsinin təmin olunması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə və dünyada tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq bu xidmətin imkanları daha da genişləndirilmişdir. Belə ki, artıq 2018-ci və 2017-ci illərdə qəbul imtahanı verən abituriyentlər də qeyd olunan elektron xidmət vasitəsilə nəticələri haqqında arayış əldə edə bilərlər.
Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.
İmtahan nəticələri ilə bağlı arayışı tələb edən təşkilatlar hər bir arayışın üzərində olan “unikal kod”u aşağıdakı linkdə müvafiq xanaya daxil etməklə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.
Xidmətə keçid linkinin ünvanı təqdim olunan arayışda, həmçinin DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında yer alır.
Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.