Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » UĞUR OLSUN, GÜLNAR İSMAYIL!

UĞUR OLSUN, GÜLNAR İSMAYIL!

Gülnar Zeynal qızı İsmayılova 1994-cü ildə Bakı şəhərində anadan olub. 7 saylı Laçın orta məktəbini bitirib. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. 2017-ci ildə müəllimlərin işə qəbulu xətti ilə könüllü olaraq Daşkəsən rayonunun Dəstəfur kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. 2018-ci ildə yerdəyişmə edərək, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbinə gedib. Hal-hazırda  fəaliyyətini davam etdirir.
Gülnar müəllimə həmişə fəaldır: orta məktəbdə oxuyanda da, ali təhsil illərində də, elə indi də. 
Məktəb illərində şahmat üzrə 1-ci  dərəcəli diploma layiq görülüb.
2018-ci ildə keçmiş təhsil naziri Ceyhun Bayramov tərəfindən ölkə müəllimlərinin mükafatlandırılması tədbirində  Təşəkkürnamə ilə təltif olunub.
2019-cu ildə "Steam Azərbaycan" layihəsi çərçivəsində İsrailin Beynəlxalq dərəcəli sertifikatına layiq görülüb. Yenə həmin ildə Türkiyənin Bakıda keçirilən "Eğitimde Kalite Və Uluslararası Konferans"ında sertifikata layiq görülüb.
2020 ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən "Marker müəllim" sertifikatina layiq görülüb.
"Unicef"in bir sıra  layihələrində, Gənc Müəllimlər Assosiasiyasında və başqa bir çox layihələrdəfəal iştirakını davam etdirir.
Həmişə öz üzərində çalışan, bilik dairəsini genişləndirən gənc müəllimə belə deyir:
-Təhsil işçisi olaraq hər zaman aktiv olmağa çalışıram. Vətənimə xidmət etmək, şəxsiyyət yetişdirmək missiyamdan heç zaman dönməməyi məqsəd seçmişəm. Dövlətimə, ölkəmə fayda verməkdən yana böyük qürur hissi duyuram. İnşaallah, doğma Zəngəzurumuzda, dədə-baba torpağımız Laçında da bu şərəfli peşəmi davam etdirməyi özümə borc bilirəm...
Gülnar xanıma yeni-yeni uğurlar arzulayırıq: həmişə səsi zirvələrdən gəlsin!

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.