Kökü min illərdən başlanıb gələn
Qədim türk tayfası gəloxçularıq.
Düşmənə ox kimi tuşlanıb gələn
Allahın bəlası gəloxçularıq.
İranda, İraqda, bütün Turanda,
Odlar diyarımız Azərbaycanda,
Doğruluq, düzlüyük damarda, qanda,
Halallıq mayası gəloxçularıq.
Laçın bölgəsinin 9 obası,
Mişni ən comərdi – xasların xası;
Dupduru gözləri – mərdlik aynası,
Vətənin xilası gəloxçularıq.
Ərtəpə dağı tək vüqarlı, ulu,
Həkəri çayı tək coşqun, duyğulu,
Yolu - ədalətin, haqqın öz yolu,
Vicdanın qalası gəloxçularıq.
Şöhlət qürurlanır öz əcdadıyla,
Kəskin kişi sözü, mərd inadıyla.
Qılıncı, ox-yayı, kəhər atıyla
Yurdunun qisası gəloxçularıq.
Şöhlət ABBAS
- 9 sentyabr 2018
- 783
- 0