Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » BÖYÜK ŞAİR, SƏMİMİ İNSAN

BÖYÜK ŞAİR, SƏMİMİ İNSAN

BÖYÜK ŞAİR, SƏMİMİ İNSAN
2018-ci ildə qələm dostumuz, tanınmış şair, həmişə gənc qələm sahiblərinə dəstək olan Ağacəfər Həsənlinin “Ağ külək” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Bu münasibətlə Ağacəfər müəllimi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Çağdaş Azərbaycan ədəblyyatının tanınmış nümayəndələrindən olan Ağacəfər Həsənli Lerik rayonunun Rvarud kəndində doğulub.
İndiyə qədər onlarla şeir, publisistika və tərcümə kitabları çap olunub. Şairin 2011-ci İldə nəşr olunmuş "Ümidimin adına küçə" şeirlər və poemalar toplusu Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.
Ağacəfər Həsənli ədəblyyatımızı blr sıra beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil ədib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır.. Şairin əsərləri 30-dan çox dilə - rus, İngilis, fransı bolqar, özbək, qazax, Ukrayna, çex ve başqa dillərə tərcümə edilib.
Şairin yeni kitabından 3 şeiri oxuculara təqdim edirik.
AXTARIR
Həmişə özünü gizlədir insan, 
göydə ola-ola, düzdə axtarır.
Şair də içdiyi andını hər an, yazdığı kəlmədə, sözdə axtarır.
Düz adam minmir ki, özgə atına, 
“qırıq” söyləsinlər sonra zatına. Başlayır əbədi kəşfiyyatına, 
dərinə baş vurub, üzdə axtarır.
Duz basdım yarama, əlim dinc durmur, söz sinəmi yarır, dilim dinc durmur. 
Hər kişi özündə nöqsanı görmür, 
hər kəsi başqa bir tərzdə axtarır.
Sel tək çağlayıram, çay tək daşıram, mamırlı qayayla pıçıldaşıram.
Dağı birnəfəsə hərdən aşıram,
hərdən su izimi mərzdə axtarır.
Daha balla kəsir sözümü inam, 
yaranıb qəlbimdə özünəinam.
Hər cümə yuxumdan qoparır anam, 
məni uşaq bilib dərsdə axtarır.
RƏQQASƏ
Əlləri oynayır, gözləri gülür,
Gözləri oynayır, əlləri gülür.
Hərdənbir meydanda çəkir özünü, Pərişan-pərişan telləri gülür.
İynə atsan düşməz meydanda yerə,
Qız bu başdan vurur, o başdan çıxır. Kimsə atmacadan pərt olur yenə,
Kimsə acığını şabaşdan çıxır.
Qaraçı rəqsindən duruxub zaman, Sümük sındıran qız ürək sındırmaz. Zər-zibalı şadlıq saraylarından
Köhnə əyin-başı sıxılır bir az.
Təşvişi illərin həndəvərində,
Qulac saçlarını qədimdən hörüb. Qobustanın qaya rəsmlərində,
Ulu nənəsinin əksini görüb.
Pişvazına çıxıb yer qönçə-qönçə,
Hətta başındakı kəkil oynayır.
Adam elə bilir yüz min il öncə,
Qayadan düşmüş bir şəkil oynayır.
ÖPDÜM BUZ KİMİ YOLLARI
Çırpdım yenə üst-başımı –
tökdüm toz kimi yollan.
Çözələdim yaddaşımı,
bükdüm söz kimi yollan.
Əriş-arğac idi - dartdım,
sandım, axırma çatdım.
Orda-burda çox qızartdım,
yumşaq üz kimi, yolları.
Əl verdim, istədim ətək,
yarı uzun, yarı gödək..
Soyuqdu köhnə məzar tək
öpdüm buz kimi yolları.
Ömür sorğuda-sualda –
min sirr yatır daş-qavalda.
Gizlət, cidanı çuvalda
yala, duz kimi yollan.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.