Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Kitablar... Kitablar... Ədalət Mədətoğlunun “Tiflisdə yeddi məhbus” romanı haqqında bir neçə söz...

Kitablar... Kitablar... Ədalət Mədətoğlunun “Tiflisdə yeddi məhbus” romanı haqqında bir neçə söz...


Bu il 80 yaşı tamam olan şair Mədət Coşqun, təxəllüsünə uyğun qaynar təbiətli, həmişə hərəkətdə, axtarışda olan, yazıb-yaradan qələm sahiblərimizdəndir. Tale elə gətirdi ki, bir müddət əvvəl qələm dostumun oğlu, yazıçı Ədalət Mədətoğlu ilə (İsmayılovla) tanış olduq. Və bu yazıda , Ədalət müəllimin, mənə bağışladığı bir kitabı haqqında ürək sözlərimi qələmə alıram.
Əvvəlcə qeyd edim ki, bu il Ədalət müəllimin 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm! O, öz mədəniyyəti, humanistliyi, təəssübkeşliyi ilə seçilən ziyalılarımızdandır.
Kitab haqqında müəllif yazır: “1968-ci ildə doğulduğum Başkeçidin qarlı dağlarından keçmişə, gələcəyə və dünyaya boylanmağımın təəssüratlarından qoparılan 28 seçmə parça bir-birinə uyğunlaşdırılaraq “Tiflisdə yeddi məhbus” adlı ədəbi pannonun yaranması ilə nəticələnib.
əsərdə babalarımdan, yaşlı nəslin nümayəndələrindən eşitdiyim, duyduğum əhvalatlardan bəhrələnilmişdir. Bu əhvalatlarda bəzi tarixi hadisələrin xronologiyası bilərəkdən dəyişdirilib.
Kitabda Borçalı mahalına məxsus dialekt sözlərdən və Osmanlı dövrünə aid arxaizmlərdən istifadə olunmuşdur”.
Olduqca şirin, oxunaqlı dildə qələmə alınmış, birnəfəsə oxunan kitaba Etimad Başkeçid ön söz yazıb.
2014-cü ildə işıq üzü görmüş kitabın dizayneri Anar Mustafayev, üz qabığının tərtibçisi Niyazi Quliyev, korrektoru isə Kəmalə Abdıyevadır.
Ədalət müəllimin təsvirləri dahi bir rəssamın fırçasından yaranmış lövhələri xatırladır. Oxucunu təsvir olunan məkana çəkib aparır bu lövhələr, sanki o, hər şeyi öz gözlərilə görür, hadisələrin iştirakçısına çevrilir. Yazıçının bir xoşbəxtliyi də özünəməxsus üslubunun olmasıdır ki, bu da özünü Ədalət Mədətoğlunun “Tiflisdə yeddi məhbus” romanında özünü qabarıq şəkildə göstərir.
Kitabın məziyyətlərindən çox yazmaq, danışmaq olar. Amma ən yaxşısı onu oxumaqdır...
Şöhlət ABBAS

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.