Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Hikmət MƏLİKZADƏ

Hikmət MƏLİKZADƏ


ŞEİRLƏR
***
Sevgi, fərz eylə, çəmin tapmadığın tənlikdir...
Ruhum ağ çöllərə əl yelləməsə, sənlikdir.
Çoxu boz çöldə susub şeytana minnət qoydu,
Sandı, lal eşqə əsir düşsə, həyat şənlikdir.
Düz otuz il oxudum, bəs niyə bir peyğəmbər
Mənə bir yol demədi, beş günahın mənlikdir?!
Təkcə torpaq qalıb altında zülm verməyələr,
Torpağın altı adamlıq, niyə həm dənlikdir?
Hikmət, onsuz da geri dövrə vurur əqrəblər,
Gəl, günahlar yenə islaqdı, deyən, çənlikdir. 
***
Minnətdaram, Allah, məni o yarə tuş etdin,
Həm yoxda çürütdün elə, həm varə tuş etdin.
Hər gün bir ağac əkdim ona yetməmək üçün,
Sənsə onu bu qovğada, eh, barə tuş etdin.
Şeytan səni eşq adlı tora salmadan əvvəl,
Sən şeytanı dərd adlı çəmənzarə tuş etdin.
Məndən ağ alıb ruhu, qara səmtə ötürdün,
Yoxsa, onu qəm tutmadı, sən darə tuş etdin?
Milyon dəfə əl yellədi, imdadıma çatsın,
Tanrı ona heç etdi ki, bir çarə, tuş etdin?
Hikmət, yenə kölgəm dəli-divanədi, gen dur,
Səndən məni sormuşdu, onu harə tuş etdin?
***
Ruhun altındakı dərd-sər, məni heyrətdə qoyur... 
Bəlkə Kövsər suyudu tər, məni heyrətdə qoyur. 
Sevda pərvanəsisə, nəm çəkər insan tez-tez...
Eşqi vaxtsız - yəni kal dər, məni heyrətdə qoyur. 
Mən namaz əhli olanlarda nə üzlər gördüm,
İndi onlardakı ağ şər məni heyrətdə qoyur. 
Bir dəyirman kimi səs saldı həyatım, gəl ki,
Nə zaman dərd eləsəm, pər məni heyrətdə qoyur. 
Nə fələk bəsdi demir, dərdə bax, Hikmət, nə də mən,
Necə nərd oynayırıq... zər məni heyrətdə qoyur. 
***
Adəm üst-üstə günahdan çəkinir, gər varsa...
Hər kasıb köşkü dəyirman sanırıq, pər varsa.
...Sən deyən körpə xəyallar yolu tez azmış, eh
Necə ört-basdır edək doğru səbəblər varsa?!
Zəhməti insana məqbul görüb Allah, çünki
Torpağın qoynu gülüstan olacaq, tər varsa.
Həsrət aşiqlərə göz yordurur, heç insafmı?
Şeytan əslində durub şükr eləmir, şər varsa.
Təkcə mən bezmirəm, ey vah, bu həyat tərzindən,
Bax, mələklər də bezirlər, yəni dərd-sər varsa.
Hikmət, israrını qəbul eləmir iblis də,
Get, onun bağbanı ol, meyvələrin dər varsa...
***
Arabir ruhum axsadı,
Hərdən xatama oxşadım.
Mən bir az Allaha, sonra
Bir az atama oxşadım.
Kölgəmin ağlı çat verib,
Tanrı ilə qərəzi yox.
Söz ibadət çəpəridi,
Günah ölçən tərəzi yox.
Sevgiyə divar hörüblər,
Nə vaxtdı suvağı nəmdi.
Bir arzu bitib içimdə,
Onun da duvağı nəmdi.
***
An ibrətdi an üçün,
Ruh dəlidi can üçün.
Hər ölən insan üçün,
Torpaq bir daş çıxardır.
Səsin - duymadığım səs.
Götür, bu şeytanı, kəs.
Mən dözüb susuram, bəs,
O, necə baş çıxardır?
Arı bal yeməz şandan,
Səhər diksinər bandan.
Tanrı bu quru candan
Tək ruhu yaş çıxardır...
***
Son kərə qala təndiri,
Boğazın görsün kəndiri.
Can ölü ola, sən diri,
Kimsə əcələ göz ata.
Əzrayıl geri çəkilə,
Sonra min dua əkilə.
Göydən asdığın şəkilə
Hər bir-iki söz ata.
O qızın ahın kim çərtdi?
Məzmunu, mənası sərtdi.
Eh, ocaq olmaq da şərtdi,
Bir şərtlə tanrı köz ata.
***
Əzrayıl iştaha gəlib,
Ölümün işi çoxalır.
Sanki başdaşı artdıqca,
Torpağın dişi çoxalır.
Ömür güntək qısalır ki,
Əcəl adamı süpürür.
Buludun su qabı yoxdur,
Tez-tez aşağı tüpürür.
Hələ nə yaşamışıq ki,
Fələyin zülmü daldadır.
İnsandan Tanrıya yol yox,
Hamı özünü aldadır.
Səninçün fərqi yoxdu, qız,
Ha tərk et, ha canı daşla…
Baxışın koddu, şifrədi,
Gəl, indi sevməyə başla… 
Daha sənə inanmıram
Əcəl ipdi, bədən quyu,
Kaha, sənə inanmıram.
...Ürəyimi qınaq etdin
aha, sənə inanmıram.
Talelər arzu qədərmi?
Canın ömrü su qədərmi?
Lal günahlar bu qədərmi 
baha, sənə inanmıram...
Oda saldım, yanıb sevdin,
Haqqı tez-tez danıb sevdin...
Məni avam sanıb sevdin,
Daha sənə inanmıram.
***
Səsi sümüyə düşmür,
Hardan nəm çəkir bu tar?
Hərdən bu qız da eşqə,
Həya pərdəsi tutar...
Kim dedi yanıq eşqi
Qorxutək canına sal?!
Dua ki, çənə yorar,
Əlini yanına sal.
Sən məni İsa kimi,
Qamçılama, nə olar!
Doğuş ağrılarına
Zaman əhatə olar.
Bu quru arzuların
İçində nəmləri var.
Böyük günahların da,
Yoxsul görkəmləri var.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.