Azərbaycanca Russin English
Hot news:
» Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Foreign Minister Elmar Mammadyarov received Gabriel Jara, Chargé d'affaires of the Republic of Chile.» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador of the United States of America» The level of training of battalion commanders was checked» Aİ-Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 7-ci iclası keçirildi The 7th meeting of the European Union and Azerbaijan Subcommittee meeting on Justice, Freedom, Security (JFS» Azərbaycan - Latviya diplomatik münasibətlərinin 25 illiyi» Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Xarici İşlər Nazirliyinin baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib» XİN-in Mətbuat xidmətinin məlumatı Information of Press Service of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan Сообщение Пресс-службы МИД Азербайджанской Республики» Sergey Konoplyovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair On a removal of the name of Ser» Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib Foreign Minister Elmar Mammadyarov received the newly appointed Ambassador ofthe Federative Republic of Brazil» Xarici işlər naziri Elmar Məmmədyarov öz moldovalı həmkarı Tudor Ulyanovskini qəbul edib Minister of Foreign Affairs Elmar Mammadyarov met with his Moldovan counterpart Tudor Ulianovschi» Xarici işlər naziri Elmar Məmmədyarov, Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü Foreign Minister Elmar Mammadyarov received the President of the Inter-Parliamentary Union» Chief of General Staff held a meeting on the results of the CSWG» Azerbaijan Defense Minister expressed condolences to the Turkish side» The Open Doors Day was held in Azerbaijan Army» Minister of Defense inspected military facilities being under construction» A new military unit of the Air Force was opened» The next ceasefire monitoring exercise will be conducted on the Line of Contact (LOC) of the armed forces of Azerbaijan and Armenia» The Army Corps conducted live-fire exercises» Forced foot march competitions are conducted in the Azerbaijan Army
» » Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona avqustun 11-də ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmon təhsil ocağı ilə tanış oldu. Ali qonağa məlumat verildi ki, burada təhsil üçün yüksək şərait yaradılıb. ADA Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil müəssisəsidir. Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Universitetin yaradılmasında əsas məqsəd diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır.
Təhsil müəssisəsində yaradılan şəraiti yüksək qiymətləndirən Tacikistan Prezidenti universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Prezident Emoməli Rəhmonla universitetdə görüş keçirildi.
ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun tədbirdə məruzə ilə çıxış edəcəyini vurğulayaraq, bunun yüksək dəyərləndirildiyini bildirdi. SSRİ-nin dağılmasından sonra bir çox ölkələr kimi Tacikistanın da iqtisadi və siyasi baxımdan qeyri-sabit şəraitdə dövlət qurmalı olduğunu deyən rektor bildirib ki, Emoməli Rəhmonun rəhbərliyi ilə Tacikistan ötən əsrin 90-cı illərinin vətəndaş müharibəsinin fəsadlarını aradan qaldırmağa, sülh quruculuğuna, iqtisadi inkişaf üçün şəraitin yaradılmasına nail oldu.
“Tacikistan və Azərbaycan qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirən dost ölkələrdir”, - deyən Hafiz Paşayev dövlətlərimiz arasında etibarlı siyasi dialoqun qurulduğunu, biznes münasibətlərinin möhkəmləndiyini, humanitar və sosial sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırdı. Rektor bildirdi ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa ADA-nın da kiçik töhfəsi var. Belə ki, bu il ADA Universiteti ilə Tacikistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və Tacikistanın ilk tələbəsi universitetin magistr proqramında təhsil üçün təqaüd alıb.
Azərbaycan-Tacikistan münasibətlərinin regional əməkdaşlığa da sanballı töhfələr verdiyini diqqətə çatdıran Hafiz Paşayev beynəlxalq arenada ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü qeyd etdi. Bildirdi ki, biz Tacikistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına Tacikistanın dəstəyini çox yüksək qiymətləndiririk. Azərbaycan və Tacikistan prezidentlərinin etimada və dostluğa əsaslanan münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin gələcəkdə də uğurla inkişafına əminlik yaradır. Hafiz Paşayev onu da qeyd etdi ki, Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri və imzalanan mühüm sənədlər iqtisadiyyat və nəqliyyat sahələri ilə bağlı konkret layihələrin həyata keçirilməsinə təkan verəcək.
Sonra Mərkəzi Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan və Tacikistan respublikaları arasında qarşılıqlı əməkdaşlığa şəxsi töhfəsinə görə ADA Universitetinin elmi şurasının qərarı ilə Emoməli Rəhmona ADA-nın fəxri doktor diplomu təqdim edildi.
Tacikistan Prezidenti Emoməli Rəhmon ADA Universitetinin elmi şurasına bu etimada görə təşəkkür etdi, ali təhsil müəssisəsinin beynəlxalq münasibətlər sahəsində yüksəkixtisaslı kadrlar hazırladığını xüsusi vurğuladı.
Daha sonra Prezident Emoməli Rəhmon müstəqilliyin ilk illərində Tacikistanın keçdiyi çətin dövrdən geniş söhbət açdı, sülh quruculuğu prosesində ölkənin təcrübəsini bölüşdü. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə iqtisadi vəziyyətin çox ağır olduğunu, müxtəlif istiqamətlərdə siyasi qüvvələr arasında mübarizənin getdiyini qeyd edən ali qonaq sülh quruculuğu prosesində xalqın əsas təkanverici qüvvə olduğunu söylədi. Prezident qeyd etdi ki, bu gün dünya birliyi terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq kimi qlobal çağırışlarla üzləşib və Tacikistan təhlükəsizliyə təhdid yaradan amillərlə mübarizə aparan bütün dövlətlərlə müttəfiqdir. Tacikistanla qonşu olan Əfqanıstanda sülhün bərpasının hələ də nəticə vermədiyini təəssüflə qeyd edən Emoməli Rəhmon vurğuladı ki, milli təhlükəsizliyin, ərazi bütövlüyünün təmini bütün ölkələr kimi Tacikistanın da siyasətinin əsas prioritetləridir.
Ali qonaq, həmçinin Tacikistan iqtisadiyyatının hazırkı vəziyyəti haqqında məlumat verdi, bu gün ölkədə vahid energetika sisteminin yaradıldığını, respublikanın nəqliyyat-kommunikasiya dalanından çıxarıldığını, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlərin görüldüyünü söylədi.
Tacikistan Prezidenti bu gün ölkəsinin Azərbaycanla demək olar ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq etdiyini, beynəlxalq arenada fəaliyyətin əlaqələndirildiyini bildirdi.
Prezident Emoməli Rəhmon ADA Universitetinə xatirə hədiyyəsi təqdim etdi.
Rektor Hafiz Paşayev də Tacikistan Prezidentinə ADA Universitetinin medalını və S.Frederik Starın universitetin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmiş “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü ərəb istilasından Teymurləngədək” kitabını hədiyyə etdi.
Tacikistan Prezidenti ADA Universitetində yüksək təhsil şəraitinin yaradıldığını vurğulayaraq, gələcəkdə burada tacik tələbələrin təhsil almalarını arzuladı.

Rəy: 0
Rəy əlavə et