Laçın Rayon Partiya Komitəsinin birinci katibi işləmiş
Xanlar Əliş oğlu Məmmədovun əziz xatirəsinə
Tez-tez xatırlayıram
sevgi, məhəbbət ilə
mən o BÖYÜK İNSANI...
Ürəyi təmizdi bulaqlar kimi,
Təpədən dırnağa ziyalı idi.
Mərd idi – dediyi sözün hakimi,
Qızdan-gəlindən də həyalı idi.
Qənimət insandı Xanlar müəllim,
Darda qalanların köməyi idi.
Geniş ürəyiylə, şəxsiyyətiylə
Doğma el-obanın gərəyi idi.
Dəyişir təbiət, dəyişir zaman,
Gün günə calanır, ay ilə dönür.
Yenə yada düşür o BÖYÜK İNSAN,
Xanlar Məmmədovun yeri görünür.
- 7 avqust 2018
- 1 160
- 0